İqtisadi gündəm
Yerli qızıl və gümüş məhsulların qiyməti 18 FAİZ ENDİRİLDİ
Bu gündən etibarən “AzerGold” QSC qızıl və gümüş sikkələrin, həmçinin qızıl külçələrinin qiymətini aşağı endirib.
Publika.az xəbər verir ki, dağ-mədən sahəsi üzrə ixtisaslaşmış dövlət şirkəti olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti yerli qızıl və gümüşdən istehsal olunaraq pərakəndə bazara çıxardığı qızıl və gümüş sikkələrin, eləcə də qızıl külçələrin satış qiymətlərinə yenidən baxıb.
Dövlət şirkəti istehsal etdiyi məhsulları bu gündən daha aşağı qiymətlə satışa çıxarıb. “AzerGold”un pərakəndə bazara çıxardığı məhsulların qiyməti əvvəlki qiymətlərlə müqayisədə 18 faiz daha ucuzlaşıb. Sözügedən sikkə və külçələr Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl mədənindən hasil edilmiş qızıl və gümüşdən hazırlanır.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 9 mart 2021-ci il tarixli Fərmanı ilə təsdiq edilən Vergi Məcəlləsinə dəyişikliklər dövlət şirkətinin qızıl məhsullarının qiymətinin endirməsinə hüquqi zəmin yaradıb.
Belə ki, müvafiq dəyişiklər nəticəsində platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın ölkəyə idxalı, eləcə də külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib. / Oxu.az
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi




































.jpg)


