İqtisadi gündəm
Dövlət Vergi Xidməti mükafata layiq görüldü - FOTO
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dünya üzrə kommersiya qeydiyyatçılarının 60-a yaxın qurumunu özündə birləşdirən Korporativ Qeydiyyatçılar Forumunun (CRF) İnnovasiya Mükafatına layiq görülüb.
Dövlət Xidmətindən Publika.az-a verilən məlumata əsasən, mükafat müsabiqənin nəticələrinə həsr olunmuş və bütün CRF üzvlərinin iştirak etdiyi “CRF İnnovasiya Mükafatları Virtual Mərasimi” zamanı Azərbaycan tərəfinə təqdim edilib.
Müsabiqə CRF tərəfindən 2020-ci ilin may ayında iki nominasiya - CRF İnnovasiya Mükafatı (Mükəmməllik - Excellence) və CRF İnnovasiya Mükafatı (Təqdir - Commendation) üzrə elan edilib. Dekabrın 31-dək davam edən müsabiqədə Dövlət Vergi Xidməti “Bir prosedurla dövlət qeydiyyatı” (State registration with single procedure) layihəsi ilə çıxış edib və müsabiqənin nəticələrinə əsasən, “Təqdir” kateqoriyasında qalib gəlib.
Dövlət Vergi Xidmətinin rəis müavini Orxan Nəzərli bildirib ki, qurum rəqəmsal texnologiyalar vasitəsilə qeydiyyat prosedurlarının asanlaşdırılması istiqamətində fəal iş aparır və bir prosedurla sürətli qeydiyyat bu nailiyyətlərdən biridir. O, Xidmətin vergi ödəyicilərinə hərtərəfli və müasir xidmətlər göstərmək üçün yeni layihələr üzərində işləməyə davam edəcəyini vurğulayıb.
Qeyd edilib ki, CRF-nin “Təqdir” mükafatına Azərbaycanla yanaşı, Sinqapur, Sloveniya, Cənubi Afrika Respublikası və Birləşmiş Krallığın qeydiyyat qurumları da layiq görülüb.
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı







.jpg)





.jpg)





.jpg)

















