İqtisadi gündəm
Səfər Mehdiyev Serbiya səfiri ilə görüşdü - FOTO
İyulun 14-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçlə görüşüb.
Bu barədə Publika.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Bildirilib ki, komitə sədri Azərbaycan və Serbiya arasındakı münasibətlərdən məmnunluqla bəhs edib və gömrük orqanlarının da iki ölkənin iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsində mühüm rola malik olduğunu vurğulayıb.
Səfər Mehdiyev son illərdə Prezident İlham Əliyev tərəfindən gömrük sistemində aparılan islahatlar barədə səfiri məlumatlandırıb və Azərbaycan gömrüyünün dünyadakı ən mütərəqqi təcrübələrdən bəhrələnərək beynəlxalq ticarətin və tranzitin inkişafı, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, gömrük əməliyyatlarının sadələşdirilməsi məqsədilə informasiya texnologiyalarına əsaslanan layihələr həyata keçirdiyini bildirib. Xüsusilə, 2019-cu ildən tətbiq edilən "Yaşıl dəhliz" buraxılış sistemindən bəhs edən Komitə sədri 700-dən çox biznes subyektinin bu sistemdən yararlandığını, 2020-ci ildə həyata keçirilən ümumi idxal-ixrac əməliyyatlarının, təxminən 8 milyard dollarının məhz bu sistemdən istifadə hüququ əldə edən sahibkarların payına düşdüyünü bildirib.
O da vurğulanıb ki, iki ölkənin gömrük orqanları arasında mövcud əlaqələrin daha da gücləndirilməsinə ehtiyac var və bu istiqamətdə atılacaq addımlar qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılmasına da münbit şərait yaradacaq.
Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviç ölkələrimiz arasındakı münasibətlərdən məmnunluqla söhbət açıb, xüsusilə iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və gömrük orqanlarının da bu istiqamətdə işgüzar və səmərəli əməkdaşlığa mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi











.jpg)























