İqtisadi gündəm
Xaçmazda fındıq yığımı: məhsul bol, qiymət isə aşağıdır - FOTO
Xaçmazın fındıq bağlarında məhsul yığımının qızğın çağıdır. Məhsul yığımı ilə yanaşı, fındığın qabıqdan təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir.
Publika.az xəbər verir ki, təsərrüfatçılar avqustun ilk günlərindən fındığın toplanmasına başlayıblar. Bağlarda məhsuldarlıq yüksəkdir. Məhsul bol olsa da, qiymət ötən illərlə müqayisədə aşağıdır. Hazırda yığılan fındığın bir kiloqramı təsərrüfatçılardan 2,5-3 manata alınır.
Əksər təsərrüfatçılar məhsulu daha münasib qiymətə satmaq üçün anbarlarda saxlayırlar. Məhsul əsasən payız-qış aylarında yerli bazarlarda satılır. Bununla yanaşı, rayonda 10-dan çox fındıq qəbulu məntəqəsi və fındıq emalı müəssisələri məhsulu fermerlərdən sərfəli qiymətə alırlar.
Xaçmaz rayonunda 10 min hektara yaxın fındıq bağları mövcuddur. Bu bağların 5 min hektarı barverəndir. Hər il Xaçmazın fındıq bağlarından 6-7 min ton məhsul yığılır.
Rayonun Çiləgir kəndindən olan təsərrüfatçı Aydın Mahmudov 1 hektar fındıq bağından hər il 1,5 ton məhsul toplayır. “Yığım sentyabrın ilk ongünlüyündə yekunlaşacaq. Məhsulu vaxtında toplamaq üçün fəhlələr cəlb etmişik. Fındığın bir kiloqramını 40 qəpiyə yığırlar. Amma son iki ildə fındığın qiyməti ucuzlaşıb. Əvvəllər qış aylarında qurudulmuş fındığın bir kiloqramı 5-6 manat civarında satılırdı. İndi isə qiymət 3-3,5 manatdır. Məhsulumzu toplayıb, qurudub, anbarda saxlayacayıq. Ehtiyacı olan indi satır. Amma əksəriyyət payız-qış aylarında satmağa üstünlük verir”, - deyə təsərrüfatçı bildirib.
Xaçmazlı fermerlər bir neçə ildir ki, ağacdan yığılan fındığın qabıqdan təmizlənməsi üçün xüsusi aqreqatlardan istifadə edirlər. Bu texnologiyanın tətbiqi təsərrüfatçıların işini xeyli yüngülləşdirir. Bağından 1 ton fındıq əldə edən təsərrüfatçı əvvəllər bu məhsulu qabığından təmizləmək üçün ailə üzvləri ilə birlikdə 7-10 gün vaxt sərf etməli olurdu. Fındıq təmizləyən texnika isə bu işi cəmi bir saata görür.
(azərtac)
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



















.jpg)
.jpg)






