İqtisadi gündəm
Ölkəyə cins heyvanlar HARADAN və NƏ QƏDƏR gətirilir? - RƏSMİ AÇIQLAMA
Son illər respublikada heyvandarlığın daha da inkişaf etdirilməsi və cins tərkibin yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin 21 avqust 2008-ci ildə imzaladığı “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanlarla təmin edilməsinə əlavə dəstək verilməsi” barədə sərəncamından sonra təchizatçı şirkətlər və sahibkarlar tərəfindən Avropanın bəzi inkişaf etmiş dövlətlərindən yüksək məhsuldar iri və xırda buynuzlu cins heyvan sortları alınaraq ölkəmizə gətirilir. Bu proses cari ildə də davam edib.
Bəs Azərbaycana heyvanlar hansı ölkələrdən gətirilir?
Bu il ölkəmizə nə qədər iri və xırda buynuzlu heyvan idxal edilib?
Kənd Təsərrüfatı Nazirliyindən Publika.az-a bildirilib ki, 2022-ci ilin yanvarın 1-dən avqustin 1-nə qədər ölkəmizə ümumilikdə 3.291 baş iri və xırda buynuzlu heyvan gətirilib:
“Bunların 148 başı “Simmental”, 923 başı “Holşteyn friz” və 135 başı “Aberdin anqus” iribuynuzlu heyvan sortlarıdır. Bundan başqa, ölkəmizə 2085 baş “Morkaraman” qoyun sortu da gətirilib. Bu heyvanlar əsasən Macarıstandan, Estoniyadan, Litvadan, Çexiyadan, Slovakiyadan, Rusiyadan, Ukraynadan, Almaniyadan və Avstraliyadan idxal olunub. Rusiyadan və Ukraynadan gətirilən heyvanlar isə əsasən “Lebedin”, “Qara-ala”, “Kalmık” və “Aberdin anqus” sortlarıdır. Bu heyvanlar əsasən südlük, südlük-ətlik və ətlik istiqamətli sortlardır”.
Qeyd edək ki, ölkəyə gətirilən iri və xırda buynuzlu heyvanların müxtəlif xəstəliklərə qarşı peyvənd olunması həmişə diqqət mərkəzində olub.
Bununla bağlı fikirlərini Publika.az-a açıqlayan Respublikanın baş dövlət baytarlıq müfəttişi, AQTA-nın şöbə müdiri Qalib Əbdüləliyev heyvanların və heyvan mənşəli məhsulların ölkəyə idxalının Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) müəyyən etdiyi qaydalara uyğun həyata keçirildiyini bildirdi:
“Bu qaydalar əsasında ixracatçı ölkələr tərəfindən ÜHST-nin məlumat bazasına xəstəliklərlə bağlı daxil edilən məlumatlar sonradan bizə təqdim olunur. O ölkədə ki sərhədləri keçə bilən xəstəliklər yoxdur, oradan heyvan idxalına icazə verilir. Onlar Azərbaycana gətirilməzdən əvvəl ixracatçı ölkədə 10 gün müddətində karantində saxlanılır. Bu müddətdə də Azərbaycanın idxal tələblərinə uyğun olaraq, bütün baytarlıq prossedurları yerinə yetirilir və heyvanlar ölkəyə idxal olunur”.
Onun sözlərinə görə, heyvanlar ölkəmizə daxil olduqdan sonra daxili müvafiq qanunvericiliyə uyğun olaraq, 30 gün son təyinat nöqtəsində karantində saxlanılır:
“Bu müddət ərzində onlardan qan və digər diaqnostik nümunələr götürülür və müvafiq laboratoriyalarda analizlər aparılır. Əgər ölkəmiz üçün qarayara, dabaq, nodulyar dermatit və digər xəstəliklərlə bağlı risk varsa, karantin müddətində bu xəstəliklərə qarşı peyvəndləmə aparılır. Karantin başa çatana yaxın heyvanlar yenidən müayinə olunur və ondan sonra naxıra qatılmasına icazə verilir. Aqrar Xidmətlər Agentliyi isə mövcud qanunvericiliyı uyğun olaraq müvafiq tədbirlər həyata keçirir”.
Rövşən Ziya
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...