İqtisadi gündəm
Qlobal ərzaq böhranı qapıda: Özümüzü aclıqdan necə QORUYAQ? - ANALİZ
“Ərzaq təhlükəsizliyi ilə bağlı problemlər koronavirus pandemiyası və son geosiyasi, hərbi proseslərdən xeyli əvvəl yaranıb. Pandemiya və məlum müharibə bu böhranı daha da kəskinləşdirdi və problemin həllini xeyli çətinləşdirdi. Hazırda ərzaq böhranı özünü dünyada müşahidə olunan qiymət artımında daha qabarıq şəkildə göstərir”.
Bu barədə Publika.az-a danışan Milli Məclisin deputatı Əli Məsimli bildirdi ki, Rusiya və Ukrayna birlikdə dünya taxıl ticarətinin üçdə birini, günəbaxan yağı tədarükünün yarıdan çoxunu təşkil edir:
“Ukraynanın taxıl ixrac etdiyi ölkələrin bir hissəsi idxalı şaxələndirdiyindən müəyyən problemlərlə qarşılaşsalar da, hər halda vəziyyətdən az itki ilə çıxa bilir. Kəskin kataklizmlər, hərbi-siyasi böhranın tüğyan etdiyi şəraitdə qarşıdakı və 2024-cü ildə ciddi iqtisadi-maliyyə böhranının baş verəcəyi qaçılmazdır. Bunun təsiri ilə ərzaq böhranı daha da güclənəcək”.
Millət vəkilinin sözlərinə görə, dünya əhalisinin normal qidalanmaqdan məhrum hissələrinə dair müxtəlif statiska var:
“BMT-nin hesablamalarına görə, dünyada 840 milyon nəfər yetərincə qidalanmaqdan məhrumdur. Bu, dünya əhalisinin hər 9 nəfərdən biri deməkdir. Bəzi hesabatlara görə isə bu rəqəm hər 7 nəfərdən birdir. Aclıqdan əziyyət çəkənlərin sayı hər il 1,5 faiz artır. Yer sakinlərinin 40 faizi, təxminən 3 milyard insan sağlam qidalana bilmir. Pandemiya səbəbindən daha 140 milyon, bəzi göstəricilərinə görə isə daha çox insan bu kateqoriyaya aiddir. Ərzaq təhlükəsizliyi milli sərhədləri aşaraq getdikcə ümumbəşəri problemə çevrilir. İlkin proqnozlara görə, gələn il dünyada taxıl ehtiyatının həcmi tələbatı ödəməyə yetməyəcək”.
Ərzaq çatışmazlığı ilə bağlı böhranın getdikcə dərinləşdiyini söyləyən ekspertin fikrincə, bunun fəsadları postsovet məkanından da yan keçməyəcək:
“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına əsasən, 2022-2023-cü illər ərzində postsovet məkanında ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət gərgin olacaq. Dünya bazarlarında ərzaq qıtlığı ilə yanaşı, mal və məhsulların qiymətinin xeyli artması bəzi ölkələrdə ərzaq çatışmazlığı problemini daha da kəskinləşdirib. Beynəlxalq təşkilatların ərzaq böhranını aradan qaldırmaqdan ötrü operativ, optimal və səmərəli fəaliyyət göstərən reallaşdırma mexanizmi yoxdur. Ona görə də qlobal ərzaq böhranının yaratdığı gərginliyi azaltmaqdan ötrü birincisi, Rusiya taxıl ixracını “sanksiya müharibəsi”nin tərkib hissəsinə çevirməməlidir. İkincisi, Ukraynada yığılıb qalmış milyon tonlarla taxıl resurslarının maneəsiz şəkildə dünya bazarına daşınması istiqamətində başlanan proses genişləndirilməlidir”.
Ə.Məsimli bildirdi ki, ölkəmizdə ərzaq böhranı özünü kəskin məhsul qıtlığı formasında deyil, daha çox kəskin qiymət artımında göstərir:
“Monopolistlər bundan sui-istifadə edərək, qiymət manipulyasiyasına gedir. İndi ölkədə əslində süni qiymət artımı baş verir. Nəticədə aztəminatlı təbəqə əvvəlkindən daha az ərzaq almağa məcbur olur, bir çox hallarda isə minimum tələbatını belə ödəyə bilmir. Hazırda ərzaq buğdası ehtiyatları sarıdan ciddi bir problemimiz olmasa da, idxalı şaxələndirməklə Rusiyadan asılılığın aradan qaldırılması istiqamətində addımlar atılır. Qazaxıstandan buğda idxalının həcmi artırılır, digər ölkələrdən də buğda alınması məsələsi aktuallaşıb. Qlobal ərzaq böhranının təsirini azaltmaq üçün yerli istehsalı stimullaşdıran layihələrə də start verilib. Bu sahəyə cari il aprelin 12-də ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə də diqqət yetirildi. Prezident İlham Əliyev bildirib ki, bizdə ümumi taxıl istehsalı tələbatın 60 faizini ödəyir, ərzaqlıq buğda ilə isəbözümüzü cəmi 25 faiz təmin edirik. Ona görə məsələ qoyulub ki, ərzaqlıq buğda ilə özümüzü ən azı 70-75 faiz təmin edək. Bu istiqamətdə qısa müddətdə ciddi nətisələr verə bilən zəruri işlər görülməli, o cümlədən, ərzaq buğdasının istehsalını artırmaq məsələsinə kompleks yanaşılmalıdır”.
Deputat hesab edir ki, 2023-2030-cu illər üçün ərzaq buğdası prioritet olan ərzaq təhlükəsizliyi üzrə Dövlət Proqramı qəbul edilməli, yeni mexanizm hazırlanmalı və bu proqram səmərəli şəkildə reallaşdırılmalıdır:
“İstehsal etdiyimiz buğdanın 25 faizi yox, daha böyük qismi çörəkbişirmə və bu kimi istelsal sahələrində istifadəyə yararlıdır. İstehsal olunan məhsulların tarladan süfrəyədək olan yolundakı itkiləri və israfçılığı aradan qaldırmaqla, xeyli əlavə məhsul əldə edə bilərik. Yeri gəlmişkən, işğaldan azad edilən torpaqlarımız əhalinin ərzaqla təminatında xüsusi çəkiyə malik olacaq. Artıq bu istiqamətdə məqsədyönlü işlər başlayıb”.
Ə.Məsimli hesab edir ki, Azərbaycanın ərzaq böhranından mümkün qədər az itki ilə çıxması üçün logistika və bu kimi sahələrdə problemlər aradan qaldırılmalıdır:
“Belə sürətlə dəyişən situasiyada çevik olmaq, optimal qərarlar qəbul etmək lazımdır. İlk növbədə istehsalın əhəmiyyətli hissəsi daxili bazara işləməlidir. Daha çox emal və son məhsulun yaradılması önə çıxmalıdır. Bu istiqamətdə səylər artırılmalıdır. Bundan əlavə, xaricdən gətirilən mal və məhsulların bir hissəsinin Azərbaycanda istehsal etmək, mövcud olanların istehsalını artırmaq işində tələsməliyik. Atılacaq qabaqlayıcı addımlar sayəsində ölkəmiz bu böhrandan mümkün qədər az itki ilə çıxa bilər. Buna nail olmaq üçün isə əvvəlcə bu sahədə səmərəli fəaliyyət göstərən idarəetmə və tənzimləmə mexanizmləri formalaşmalıdır”.
Rövşən Ziya
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...