İqtisadi gündəm
İran Türkiyəyə qaz nəqlini niyə dayandırdı? - Deyilməyən SƏBƏBLƏR
İrandan Türkiyəyə qazın nəqli dayandırılıb. Bu barədə məlumat verən Türkiyənin borularla nəqletmə operatoru “BOTAŞ” şirkəti qazın nəqlinin boru kəmərində planlaşdırılmış profilaktik işlərin həyata keçirilməsi ilə bağlı dayandırıldığını bildirib.
Şirkətdən qeyd edilib ki, qaz tədarükü oktyabrın 2-də dayandırılıb və 9-da bərpa olunacaq.
Bu barədə Publika.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, hərdən İrandan Türkiyəyə qaz nəql edən boru xəttində texniki xidmətlərlə bağlı dayanmalar olub.

Beynəlxalq enerji dəhlizlərində də bu cür texniki fasilələrin tez-tez baş verdiyini söyləyən N.Cəfərli vurğuladı ki, əgər Tehran nəqlin dayanmasını doğrudan təmir işləri ilə bağlayırsa, bunu normal proses adlandırmaq olar:
“Yox, əgər Tehran qazın nəqlini müxtəlif bəhanələrlə dayandırırsa, bu, artıq geosiyasi problemlərin olmasından xəbər verir. Yəni, onu göstərir ki, İran həqiqətən də Türkiyənin Azərbaycanla yaxınlaşmasından narahatdır və qazın nəqlini qəsdən dayandırır”.
Ekspertin sözlərinə görə, əslində İran hökuməti qaz xəttinin işlək vəziyyətdə olmasında maraqlıdır:
“Azərbaycan Türkiyəyə qazı 300 dollara, İran isə iki dəfə baha qiymətə satır. Bu cəhətdən də kəmər İran üçün əhəmiyyətə malikdir. Hazırda qonşu ölkədə sosial-iqtisadi durum ağırdır. İran bu amilə görə belə gəlirli layihədən mərhum olmaq istəməz. Yəni, nəqlin təmir məqsədilə dayandırılması ehtimalı çox yüksəkdir”.
Digər iqtisadçı-ekspert İlham Şaban da Publika.az-a açıqlamasında qaz kəmərində nəqlin dayanmasını profilaktiki işlərlə əlaqələndirdi:

“Dünyanın hər yerində qaz, neft, hətta su kəmərlərinə texniki qulluq göstərilir. Əgər magistral kəmərdirsə və nasos qurğuları varsa, nəql müvəqqəti dayandırıla bilər. Bu qurğularda təmir işləri ona görə aparılır ki, stabil olaraq eyni təzyiqdə qazı bir məntəqədən digərinə ötürə bilsin”.
Onun sözlərinə görə, qaz kəmərlərində bu cür təmir işləri adətən yaz-yay aylarında həyata keçirilir:
“Bu işlərin oktyabr ayına, həm də havaların soyuduğu bir ərəfədə başlaması bir qədər müəmmalıdır və İran tərəfi buna aydınlıq gətirməlidir. Bu barədə açıqlama verildikdən sonra əsl həqiqət bəlli olacaq”.
Rövşən Ziya
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var










.jpg)


























