İqtisadi gündəm
Avropada qazımıza tələbat böyükdür: İxrac 2 dəfə artacaq - Deputat
“Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan səfəri böyük əhəmiyyətə malik oldu. Çünki, Rusiya-Ukrayna müharibəsi, Rusiyaya qarşı sanksiyalar fonunda yaranan geosiyasi vəziyyət Avropaya təbii qazın ixracında məhdudlaşmalara və ciddi problemlərin yaranmasına səbəb olur. Bu baxımdan Azərbaycanın ixrac etdiyi qazın həcminin artırılması, qaz xəttinin diverfikasiya proqramları kimi məsələlər böyük önəm kəsb edir”.
Bu barədə Publika.az-a danışan Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vahid Əhmədov dövlət başçısının Bolqarıstan səfəri çərçivəsində Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun (İGB) açılış mərasimini diqqətə çatdırdı.
İGB kəmərinin təməlqoyma mərasiminin 2019-cu ildə keçirildiyini xatırladan millət vəkilinin sözlərinə görə, ilkin mərhələdə bu kəmər vasitəsilə 5 milyard kubmetrə yaxın qazın nəqli nəzərdə tutulmuşdu:

“Amma sonradan 250 milyard avro dəyərində əlavə investisiya yatırıldı. Bunun sayəsində nəqlin həcminin artırılması planlaşdırılır. Artıq Macarıstan, Rumıniya, Slovakiya da bu kəmərə qoşulmaq istəyini bildirib”.
Ötən il Azərbaycanın təxminən 19 milyard kubmetr qaz ixrac etdiyini söyləyən deputat hazırda bunun 21 milyard kubmetrə çatdırılması barədə düşünüldüyünü diqqətə çatdırdı:
“İGB kəmərinin Azərbaycan qazının Avropaya nəqli üçün istifadə olunan enerji dəhlizlərinin daha da genişləndirilməsi yöndən əhəmiyyəti böyüdür. Dövlətimizin başçısı Sofiyada açılış mərasimindəki çıxışında Azərbaycanla Bolqarıstan arasında ticarət əlaqələrinin genişləndiyini diqqətə çatdırdı, tərəflər arasında ticarət dövriyyəsinin iki dəfə artırılması barədə geniş məlumat verdi”.
Avropada Azərbaycan qazına tələbatın artdığını deyən deputat qeyd etdi ki, ən vacib məsələ də elə bundan ibarətdir:
“Rəsmi Bakı bunu nəzərə alaraq, əlverişli enerji siyasəti həyata keçirir. Azərbaycanın qaz ehtiyatı zəngindir. Cənab prezidentin dediyi kimi, 2,9 milyard kubmetrə yaxın qaz ehtiyatımız var. Bir neçə ay əvvəl Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsinə dair “Strateji əməkdaşlıq haqqında Memorandum” imzalandı. Sənədin müddəalarına uyğun olaraq, Avropaya qaz ixracının iki dəfə artırılması nəzərdə tutulub. Hazırda iki yeni qaz yatağının istismara verilməsi istiqamətində işlər həyata keçirilir. Onlar istifadəyə verilədən sonra ixracat bir neçə dəfə artıracaq”.
Rövşən Ziya
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



















.jpg)
.jpg)






