İqtisadi gündəm
Rusiyanın bu addımı neft bazarında təlatüm yarada bilər? - Ekspertlər deyirlər ki...
Rusiya qiymət həddi prinsiplərinə əməl edənlərə xammal satmamaq üçün mart ayından etibarən neft hasilatını gündəlik 500 min barel azaldacaq. Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya neftinin və neft məhsullarının satışı üçün tavan qiymət mexanizmini bazar münasibətlərinə müdaxilə və kollektiv Qərbin dağıdıcı enerji siyasətinin davamı kimi qiymətləndirirlər.
Neft məhsullarının satışı üçün tavan qiymət mexanizmi bazar münasibətlərinə necə təsir göstərəcək və müvafiq qərar gələcəkdə neft sektorunda hər hansı bir dəyişikliyə səbəb olacaq?
Mövzu ilə bağlı Publika.az-danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, bu, müəyyən qədər qiymət artımlarını tətikləyən faktordur.
“Qiymət artımlarına təsir göstərsə də, ümumilikdə neft sektorunda təlatümə, eyni zamanda dəyişikliyə gətirib çıxaracaq bir addım deyil. Digər tərəfdən isə Rusiyanın bu istiqamətdə qərarları tez-tez dəyişir. 1 ay sonra onların hansı qərarı verəcəyi haqqında fikir sahibi olamq çətindir. 500 min barellik gündəlik hasilatın azalması, təxminən 5 % azalmaya bərabərdir. Bu da, ciddi bir dəyişikliyin baş vermə ehtimalını gündəmə gətirmir”.
İqtisadçı hesab edir ki, Rusiyanın bu qərarı daha çox qarşı tərəfə, xüsusilə tavan qiyməti müəyyən edən tərəflərə təzyiq manipulyasiyasıdır. Onun fikrincə, bu o qədər də effektiv deyil, çünki istənilən halda nəzərdə tutulmmuş qərar dünya neft bazarı üçün bir önəm kəsb etmir.
E.Əmirov qeyd edib ki, bu, Rusiya tərəfindən qəbul edilən ilk belə qərar deyil.
Pandemiya dönəmində neft qiymətlərinin tənzimlənməsi üçün hasilatın aşağı salınması ilə bağlı “OPEC plus” ölkələrinin verdikləri qərar zamanı 2018-ci ilin oktyabr ayında olan hasilat göstəriciləri bütün ölkələr üçün baza ili hesab olunurdu. Həmin dövr yalnız iki ölkə üçün yox, ümumən dəqiq bir rəqəm götürülmüşdü. Bu rəqəm Rusiya və Səudiyyə Ərəbistan üçün 11 milyon idi. Rusiyanın gündəlik neft hasilatı Səudiyyə Ərəbistan ilə birlikdə ən çox hasilat həcminə malikdir. Həmin dönəmdə Rusiya sazişdən dolayı ixrac həcmini azaltmışdı”,- deyə o, diqqətə çatdırıb.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban isə bildirib ki, bu qərar Rusiyanın yuxarı hədd tətbiq edən ölkələrə neft satmaq fikrindən irəli gəlmir: “Novakın dediyi əslində bir yenilik deyil. Rusiya artıq dekabr ayında 1-ci rübün sonuna kimi 500 min barel ətrafında neft hasilatının aşağı düşəcəyini proqnozlaşdırmışdı. Ancaq Beynəlxalq Enerji Agentliyi qiymətləndirmişdi ki, azalma 800-900 min barel həddində olacaq. Rusiyada, həm dekabr ayında, həm də fevralın 5-dən neft məhsullarına tətbiq edilən qadağalarla bağlı ixrac aşağı düşür. Təbii ki, qiymət aşağı düşürsə, heç bir yerə sata bilmirsə, onun hasilatını azaltmaldır”, - o deyib.
“2011-2012-ci illərdə İran neft ixracını 6 ay müddətində milyon barel aşağı salmışdı. “Rusiyanın bu addımı İran ilə eyni ssenari üzrə davam edən prossesdir”, - deyə vurğulayan ekspert qeyd edib ki, əgər dövlətin iştirakı get-gedə məhdudlaşdırılırsa, nəticədə ya məhsulu bazara çıxarmaq problemli olur, ya da onu daha ucuz məbləğə satırsan.
Ayşən Rəhim
-
Magazin203:43
Məşhur müğənninin kiçik qardaşı VƏFAT ETDİ
-
Yaxın Şərq03:13
İsrail bu dəqiqələrdə Beyrutu VURUR
-
Magazin101:41
Zaura 50 minə toy danışan Xatirə imiş - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI: onlarla aranızda bəzi gərginliklər ola bilər
-
Magazin16 Oktyabr 23:36
Aysel və Safuradan maraqlı paylaşım - VİDEO
-
Kriminal6 Oktyabr 23:00
Buzovnadakı dəhşətli qətlin TƏFƏRRÜATI - VİDEO
-
Magazin16 Oktyabr 22:48
“Yalı çapkını”na görə Ülviyyəyə QADAĞA QOYULDU
-
İdman6 Oktyabr 22:36
Azərbaycanın güllə atıcısı dünya çempionu oldu