İqtisadi gündəm
İxrac azalıb, idxal isə artıb: Azərbaycanda qiymətlər artacaq, yoxsa?
Son bir ildə Azərbaycanın ixracı 25% azalaraq 18 milyard 231 milyon ABŞ dollarına enib. Bunun əksinə idxal isə 14,5% artaraq 12 milyard 763 milyon ABŞ dollarına yüksəlib. Bu ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 30 milyard 995 milyon ABŞ dolları olub. Bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 4 milyard 510 milyon dollar və ya 12,7 % azdır.
İqtisadçı ekspert Fuad İbrahimov Publika.az-a bildirib ki, ixracın əsasını karbohidrogen ehtiyatlar təşkil edir:
“Neftin qiymətinin, o cümlədən hasilatın azalması statistik məlumatlara bu formada təsir edir. Son günlər dünya bazarında da neft qiymətinin ucuzlaşmasının şahidi oluruq. Bütün bunlar dolayı yolla ixraca təsir edir. Eyni zamanda ölkədə ixrac azalsa belə idxal artıb. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri idxala ciddi təsir edir. Bununla yanaşı, əhalinin sayının artması tələbatın artması deməkdir. Bu da idxala şərait yaradan amillərdən biridir. İdxal edilən məhsulların qiymətlərində tez-tez bahalaşma olur”.

Ekspert əlavə edib ki, ixrac potensialını artırmaqla idxaldakı rəqəmləri azalda bilərik:
“İdxal edilən məhsulların əksəriyyətini imkan daxilində yerli istehsala yönəltməliyik. Belə olduğu halda balansı müsbət qoruyub saxlaya biləcəyik. Əgər bu dinamik proses davam edərsə, hasilat azalacaq. Bu da qiymətlərdə enib-qalxmalara səbəb ola bilər. Hər bir halda, bu davam edərsə, tədiyyə və ticarət balansında mənfi saldo, mənfi göstəricilər görəcəyik. Bu da əlbəttə ki, təhlükəlidir. Ümid edirik ki, proses müsbətə doğru davam edəcək, öz ixrac potensialımızı artırmaqla neftdən olan asılılığımızı zəiflədib, bu balansı qoruyub saxlaya biləcəyik”.
Aysel Şahmar
-
Elm və təhsil20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
-
Rəsmi xronika15:43İlham Əliyev sərəncam imzaladı
-
Hadisə14:30Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın görüntüləri - VİDEO
-
Magazin213:13Şvartsenegger 14 illik sevgilisini üzə çıxardı: Görün kimdir - FOTO
-
Region12:04Simonyanla Anelya rəsmi nikaha girdilər












.jpg)

























