Hadisə
Azərbaycanda 7 dəfə həbsxanaya düşmüş şəxs yenidən həbs edildi - FOTO
Abşeronda 7 dəfə məhkumluq həyatı yaşayan şəxs saxlanılıb.
Publika.az xəbər verir ki, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsi əməkdaşlarının Məmmədli kəndi ərazisində keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Bakı şəhər sakini 65 yaşlı Cənnət Məcidov saxlanılıb. Onun üzərindən bir ədəd 9 milli metrlik “Makarov” tipli tapança aşkar edilərək maddi sübut kimi götürülüb. Saxlanılaraq polis bölməsinə gətirilən şəxs odlu silahı 200 manata tanımadığı şəxsdən aldığını və Məmmədli kəndində satmaq istədiyini bildirib.
Qeyd edək ki, C. Məcidov 7 dəfə məhkumluq həyatı yaşayıb. Onlardan 4-ü qanunsuz olaraq silah gəzdirmə, 1-i oğurluq, 2-si isə narkotik maddələrin alqı-satqısına görədir.
Hazırda C. Məcidovun üzərində gəzdirdiyi “Makarov” tipli tapançanın hansısa bir cinayət əməlində istifadə edib-etməməsi araşdırılır.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır






.jpg)
.jpg)



.png)


























