Hadisə
Atadan QANDONDURAN ƏMƏL: Oğlu və gəlininin yaşadığı evə yenə OD VURDU
Sumqayıtda ata oğlu və gəlininin yaşadığı evi yandırıb. Hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.
Publika.az AzərTAc-a istinadla xəbər verir ki, məişət zəminində düşən mübahisə zamanı 63 yaşlı Ağabaxış Abdiyev oğlu Nizami Abdiyev və gəlini Aygül Abdiyevanın yaşadığı həyət evini yandırıb.
Əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb. Hadisə nəticəsində evin çox hissəsi yanaraq yararsız hala düşüb. Ailə qonşulara sığınıb. Ağabaxış Abdıyev oğlunun onu evdən qovduğunu deyərək əməlinə haqq qazandırmağa çalışıb.
Hadisədən sonra mənzildə qalanların izahatları alınıb. Ağabaxış Abdıyevin spirtli içki aludəçisi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ev artıq son iki ildə ikinci dəfədir yandırılır.
-
Region04:44Güclü zəlzələ Aralıq dənizini çalxaladı
-
İdman03:43Çempionlar Liqasının ən yaxşı on qolu - Video
-
Dünya03:13Hindistanda üçmərtəbəli bina çökdü - 20 nəfər dağıntılar altında qaldı
-
Magazin201:11Məşhur müğənni 48 yaşında vəfat etdi - Foto
-
Art00:45"Oğlum məni görəndə qorxub ağladı, elə bildi ki..." - Video
-
Qoroskop00:00Günün ulduz falı - Taleyin dərin qatları dəyişməyə başlayır
-
İdman7 Fevral 22:12"Barselona" Superliqadan getdi
-
Sosial7 Fevral 22:00AZTV-nin sədr müavininə ağır itki

































