Hadisə
Şəmkirdə silahla gəzən şəxs tutuldu - Çoxsaylı əməlləri üzə çıxdı - FOTO
Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Ziya Həsənov saxlanılaraq RPŞ-ə gətirilib.
Publika.az">Publika.az Daxili İşlər Nazirliyinə sitinadən xəbər verir ki, şöbədə şübhəli şəxsin üzərindən 1 ədəd atəşə yararlı “revolver” tipli tapança və 14 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb. Bundan başqa saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində yaşadığı evin zirzəmisindən 440 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub.
Bundan başqa polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində üzərindən narkotik vasitə olan metamfetamin aşkar edilən Cəmil Abbasovun rayon ərazisində 3 oğurluq hadisəsi törətməsini müəyyən edib. Rayon sakininə məxsus avtomobildən 320 manat dəyərində oğurluq edən şübhəli şəxs daha sonra metal qəbulu məntəqlərindən oğurladığı ümumi dəyəri 600 manat olan əlvan metalı elə həmin məntəqələrə satıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı











.jpg)
.webp)


.jpg)

















