Hadisə
Bakıda şöbədən silah oğurlayan polislər həbs edildi
Polis İdarəsindən silah oğurlamaqda təqsirləndirilən sabiq polis əməkdaşları Musa Allahverdiyev və Elxan Mustafayevin məhkəməsi yekunlaşıb.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Allahverdiyev 5 il 6 ay, E.Mustafayev 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, 2020-ci ilin dekabrında Sabunçu rayon Polis İdarəsində “Zəfər K” tapançalarından biri yoxa çıxıb. 4 aylıq axtarışdan sonra İdarənin əməkdaşı Musa Allahverdiyev və post-patrul xidmətinin polis nəfəri Elxan Mustafayev şübhəli şəxs qismində saxlanılıblar.
Məlum olub ki, M.Allahverdiyev növbətçi hissədəki saxlancdan silahı götürüb dostu Elxan Mustafayevin bağında gizlədib.
Musa Allahverdiyev məhkəmədə deyib ki, silahı pula ehtiyacı olduğu üçün satıb qazanc əldə etmək məqsədilə oğurlayıb. Onun sözlərinə görə, bağa apardığı çantanın içində tapança olmasından dostu Elxan Mustafayevin xəbəri olmayıb. PPX əməkdaşı E.Mustafayev də silahın oğurlanmasından və onun bağında gizlədilməsindən məlumatı olmadığını deyib.
Qeyd edək ki, hadisədən sionra Sabunçu RPİ-nin Növbətçi hissənin rəisi Səhrab Rzayev vəzifəsindən azad edilərək sərəncama göndərilib. Silahı oğurlayan şəxslər tutulduqdan sonra S.Rzayev 13-cü Polis Bölməsinə inspektor təyin edilib.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO






.jpg)
.jpg)



.png)























