Hadisə
Həyətlərində çətənə yetişdirən şəxslər saxlanıldı
Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Publika.az-a verilən məlumata görə, araşdırmalarla onun rayonun Ənvər Məmmədxanlı kənd sakini Baris Rüstəmov olduğu müəyyən edilib.
Şöbə əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı fərdi yaşayış evinin həyətindən kultivasiya yolu ilə yetişdirilən və yaş çəkisi 38 kiloqrama yaxın olan 60 ədəd çətənə kolu, eləcə də evin eyvanından 83 qram marixuana aşkar olunaraq götürülüb.
Dindirilmə zamanı B.Rüstəmov çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.
Polis əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində eyni əməllə məşğul olan rayonun Lək kənd sakini Xaləddin Mehdiyev də saxlanılıb. Həmin şəxsin yaşadığı ünvandan isə 4 ədəd çətənə bitkisi və 6 qrama yaxın marixuana aşkarlanıb.
Faktlarla bağlı Ucar RPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






.jpg)
.jpg)



.png)
























