Sumqayıtda 22 yaşlı gənc tanışı tərəfindən öldürüldü
Bizi izləyin

Hadisə

Sumqayıtda 22 yaşlı gənc tanışı tərəfindən öldürüldü

Sumqayıtda 22 yaşlı gənc tanışı tərəfindən öldürüldü

Sumqayıt şəhərində gənc oğlan qətlə yetirilib, tanışı tutulub.

Bu barədə Publika.az-a şəhər prokurorluğundan məlumat verilib.

Bildirilib ki, avqustun 27-i saat 13 radələrində Sumqayıt şəhəri ərazisində 2000-ci il təvəllüdlü Pərvin Dadaşovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 2000-ci il təvəllüdlü Səftər Bünyətovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Pərvin Dadaşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Səftər Bünyətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm