Hadisə
Əhalinin NƏZƏRİNƏ! - Yeni dələduzluq növü peyda oldu - VİDEO
Bəzən olur ki, pul köçürmək lazım olduqda içində vəsait olmayan kartı heç nədən ehtiyat etmədən kiməsə göndəririk. Düşünürük ki, boş olan kartın göndərilməsi heç bir problem yaratmayacaq. İT mütəxəssiləri isə əksini deyir. Dələduzlar boş kart vasitəsilə də insanların pul olan hesablarına çıxış əldə edə bilirlər. Odur ki, diqqətli olun.
Publika.az xəbər verir ki, İT mütəxəssisi Fərid Pərdəşünas "Xəzər Xəbər"ə bildirib ki, şəxsi kart kodlarınızı heç kimə verməyin.
Çünki FİN kodla da bankın mobil tətbiqlərində qeydiyyatdan keçmək olur. Eyni zamanda boş kart vasitəsilə insanların pul olan hesablarına çıxış imkanı əldə etmək olur.
Mütəxəssis qeyd edib ki, əsasən bu hal elan saytlarında baş verir. Bildirilir ki, kartınıza pul göndərmək istəyirik, amma bilmək istəyirik real insansız, yoxsa yox. İnsanı belə aldadaraq şəxsiyyət vəsiqəsini əldə etməyə çalışırlar.
Fərid Pərdəşünas vurğulayıb ki, lazımsız hesab edilən kartın məlumatlarını da paylaşmaq eyni dərəcədə təhlükəlidir.
Beləliklə, şəxsi kart kodlarınızı heç kimə verməyərək bank kartlarını dələduzlardan qorumaq mümkündür.
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı











.jpg)
.webp)


.jpg)

















