Hadisə
Yağışlı hava bir neçə kəndi işıqsız qoydu
Yağışlı hava şəraiti səbəbindən Goranboyun bir neçə kəndində elektrik enerjisinin verilməsində problemlər yaranıb.
Publika.az xəbər verir ki, bir saatdan çoxdur ki, Goranboy rayonunun Boluslu, Məşədiqaralar və Eyvazalılar kəndində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Kəndin sakinlərinin bildirdiyinə görə, bu kəndlərdə elektrik enerjisinin verilməsində yaranmış fasilələr əsasən hava şəraiti səbəbindən olur.
Sakinlər bildirib ki, küləkli və ya yağıntılı hava şəraiti müşahidə olunan zaman bir xətt üzərində olan bu kəndlərdə elektrik enerjisinin verilməsində problemlər yaranır.
Aidiyyəti qurumlardan isə bildirilib ki, hazırda yaranmış problemin həlli ilə məşğul olunur və qısa zamanda adı çəkilən kəndlərdə elektrik enerjisinin verilməsi bərpa olunacaq.
Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti davam edir. (Report.az)
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov













.jpg)




















