Hadisə
Hərbi xidmətdən yayınan gənc həbs edildi
Azərbaycanda hərbi xidmətdən yayınan çağırışçı həbs edilib.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 19 yaşlı Ramin Osmanov (ad-soyad şərti) iki ardıcıl çağırışda xidmət keçməkdən boyun qaçırıb.
Osmanov 2024-cü ilin yanvarında hərbi xidmətə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinin çağırış komissiyası tərəfindən tibbi müayinədən keçirilərək hərbi xidmətə yararlı hesab edilib. O, müddətli həqiqi hərbi xidmət keçmək üçün Dövlət Xidmətinin rəisinin sərəncamı ilə Müdafiə Nazirliyinin N saylı hərbi birləşməsinə təyin olunub.
Çağırışçı hərbi birləşməyə getmək üçün Dövlət Xidmətinin Xətai rayon idarəsinə gəlib, lakin hərbi xidmət keçməkdən boyun qaçırmaq məqsədilə əvvəlcə ağrıyan dişlərinin müalicə etdirməsinin zəruri olduğunu, sonra isə telefon vasitəsilə anası ilə danışmasını bəhanə gətirərək həmin ünvandan uzaqlaşıb.
Gənc bundan sonra hərbi xidmətdən yayınmaq üçün növbəti dəfə eyni addımı atıb.
Bu səbəbdən onun barəsində Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə cinayət işi başlanıb.
Osmanovun işi Xətai Rayon Məhkəməsində araşdırılıb. Ona 1000 manat məbləğində cərimə cəzası kəsilib. Amma ittiham tərəfi hərbi xidmət keçmək istəməyən müttəhimin sərbəst qalması ilə razılaşmayıb.
Hökmdən verilmiş protesti Bakı Apellyasiya Məhkəməsi təmin edib. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü ləğv edilib. Osmanov 1 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalındaca həbs edilib.
-
Qoroskop01:40Günün ulduz falı: Yeni bir eşq macərasına başlamaq ehtimalı yüksəkdir
-
Hadisə00:55Cəbrayıl və Füzulidə güclü YANĞIN: sərhəd boyunca... - FOTO/VİDEO/YENİLƏNDİ
-
Magazin100:35Elnarə Abdullayevaya AĞIR İTKİ - FOTO
-
İdman7 Yanvar 22:52Ermənistan “Azərbaycan” yazısını lentlə örtən xizəkçiyə görə cərimə ödəyəcək
-
Nida Xəbər 7 Yanvar 21:55Sabiq nazirin yarım milyonluq daha bir borcu üzə çıxdı
-
ABŞ7 Yanvar 21:31ABŞ Venesuela neftinin satışına başladığını elan etdi
-
Hadisə7 Yanvar 20:53Bakı metrosunda dəhşətli hadisə: sərnişin öldü
-
Nida Xəbər 7 Yanvar 20:45Azərbaycanın yeni paytaxtı hara ola bilər? - Prezident iki şəhərə işarə etdi








.jpg)





















.jpg)

