Hadisə
Qadın valideynlərini axtararkən uşaq alveri şəbəkəsini ifşa etdi - FOTO
Gürcüstanda film kimi hadisə baş verib. Hazırda 40 yaşında olan bir qadın 8 il bundan əvvəl anası dünyasını dəyişəndən sonra övladlıq olduğunu öyrənib. Belə ki, Tamun Miseridze günlərin bir günü evdə təmizlik işi görərkən, adının, lakin doğum tarixinin səhv göstərildiyi doğum haqqında şəhadətnamə tapır və o, övladlığa götürüldüyündən şübhələnməyə başlayır.
Publika.az xəbər verir ki, bu maraqlı hadisəni BBC işıqlandırıb. Tamun Miseridzenin axtarışı 2016-cı ildə, onu böyüdən analığının ölümündən sonra başlayıb.
Bir az araşdırma apardıqdan sonra o, valideynlərini tapmaq ümidi ilə “Facebook”da “Axtarıram” adlı qrup yaradıb. Bu axtarış başqa bir qalmaqalın üstünün açılmasına səbəb olub. Belə ki, o, Gürcüstanda on minlərlə insanın həyatına təsir edən uşaq alveri şəbəkəsini üzə çıxarıb.
Qeyd olunur ki, Tamun jurnalistdir və onun işi yüzlərlə ailənin qovuşmasına kömək edib, lakin indiyə qədər əsl valideynlərini tapa bilməyib. O, uşaq ikən həqiqətən də qaçırılıb-qaçırılmaması ilə maraqlanır.
Onun axtarışında irəliləyiş “Facebook” qrupu vasitəsilə mesaj aldıqda baş verib. Gürcüstanın kənd sakini 1984-cü ilin sentyabrında Tbilisidə hamiləliyini gizlədən və uşaq dünyaya gətirən bir qadını tanıdığını söyləyib. Deyib ki, təxminən bu vaxt Tamun dünyaya gəlib. Onun elan etdiyi doğum tarix ilə Tamunun doğum tarixi üst-üstə düşüb. Kişi bu qadının Tamunun bioloji anası olduğunu iddia edərək, hətta adını da deyib. Bundan sonra Tamun dərhal onu internetdə axtarmağa başlayıb, lakin heç nə tapa bilməyəndə “Facebook”da onu tanıyanların olub-olmadığını sualı qoyaraq mesaj yazıb. Tezliklə bir qadın cavab verib və hamiləliyini gizlədən qadının xalası olduğunu söyləyib. O, həmçinin DNT testinin aparılmasına razılıq verib.
Bir həftə sonra DNT nəticələri pozitiv çıxıb, yəni qohum olduqları təsdiqlənib. Bu sübutları əldə edən Tamun anasını həqiqəti etiraf etməyə və atasının adını açıqlamağa inandıra bilib. Bu, Qurgen Xorava adlı şəxs idi.
Tamuna Qurgenin adını öyrəndikdən sonra “Facebook”da ona baxıb. Məlum olub ki, o, sosial şəbəkələrdə Tamunun hekayəsini izləyirmiş. Tamun üç ildir ki, onun dostlar siyahısında olduğunu biləndə şoka düşüb.
Adəm
-
MDB16:36
Gürcüstandakı iğtişaşların təhrikçisi bəlli oldu - Rusiya açıqladı
-
Sosial15:32
Əli Kərimliyə bu cəza verildi
-
Maraq dünyası14:56
Bu 3 bürc 2024 bitmədən varlanacaq - Pul sel kimi gələcək
-
Nida Xəbər 13:56
Azərbaycanla sülh müqaviləsinin mətni gizlədilir: Ara qarışdı - İrəvanda nə BAŞ VERİR?
-
İdman13:24
Ulduz futbolçu yenə eşqə düşüb: Bu dəfə onu yoldan çıxaran kimdir? - FOTOLAR
-
Sosial12:28
Sabah yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - PROQNOZ
-
Yaxın Şərq11:36
Rusiya-Türkiyə müharibəsi başlayır: Qərbdən ŞOK İDDİA
-
MDB11:24
Putinin hamıdan gizlətdiyi qaranlıq sirri üzə çıxdı: bu ölkədə saxlanır - FOTOLAR