Nizami rayonunda avtomobil yandı - VİDEO
Bizi izləyin

Hadisə

Nizami rayonunda avtomobil yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Publika.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus "Range Rover” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənərək digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm