Hadisə
Bakıda bu oteli su basdı - Müştərinin bahalı avtomobili yararsız hala düşdü
.jpg?v1761124748)
Bakının Nizami rayonunda yerləşən tanınmış “Emerald” otelini güclü yağışdan sonra su basıb. Nəticədə oteldə qalan müştərilərdən birinə məxsus bahalı avtomobil yararsız vəziyyətə düşüb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə 2024-cü il oktyabrın 22-də baş verib. Yağış suları otelin zirzəmisinə dolaraq ərazidə ciddi ziyan yaradıb.
Həmin vaxt zirzəmidə dayanan “Grand Cherokee” markalı, 77-HA-647 dövlət qeydiyyat nişanlı avtomobil su altında qalıb və istifadəyə tamamilə yararsız hala düşüb. Avtomobilin sahibi hadisə ilə bağlı otel rəhbərliyini məhkəməyə verərək 100 min manat təzminat tələb edib.
Öz növbəsində otel rəhbərliyi məsuliyyətin sığorta şirkətinə aid olduğunu bildirərək, sığorta şirkətini məhkəməyə verib. İlkin araşdırma nəticəsində məlum olub ki, otelin zərər görən zirzəmi hissəsi layihədə nəzərdə tutulmadığı halda avtodayanacaq kimi yenidən təmir edilərək istifadəyə verilib.
Qeyd edək ki, “Emerald” oteli iş adamı Fariz Əşrəf oğlu Ağayevə məxsusdur. Obyekt 2022-ci il martın 15-də bağlanmış müqavilə əsasında Rüstəm Əmirova icarəyə verilib.
-
Köşə13:06
Abubakarın “Neftçi”yə transferində Adnan Əhmədzadə izi
-
Rəsmi xronika12:58
İlham Əliyev fərman imzaladı
-
Dünya12:40
Türkiyənin yeni pilotsuz təyyarəsi F-35-ləri təhdid edir - İsraildən etiraf
-
İdman12:07
Məktəb direktorunun möcüzəsi: Balıqçılar kəndinin nağıl dolu çempionluq hekayəsi
-
Rəsmi xronika12:02
İlham Əliyev sərəncam imzaladı
-
Sağlamlıq11:21
Bu uşaq pudrası xərçəng yaradır: Minlərlə insan...
-
Elm və təhsil10:48
NASA alimləri dəqiq hesablama apardılar: Yerdəki həyat bu tarixdə bitəcək
-
İdman09:28
Türk jurnalistdən Qurban Qurbanova jest: Elə bir VİDEO hazırladı ki...