Hadisə
38 yaşlı Orxanın öldüyü hadisənin görüntüləri - Video
Daxili İşlər Nazirliyinin (DİN) Baş DYP İdarəsi aprelin 26-sı paytaxtda baş vermiş ağır yol qəzasının görüntülərini yayıb.
Publika.az quruma istinadən xəbər verir ki, qəzadan əvvəl nasazlıq səbəbindən yolda məcburi dayanan sürücünün digər hərəkət iştirakçılarını xəbərdar etmək niyyəti faydasız olub.
Belə ki, Şəban Həsənov idarə etdiyi “FAW” markalı yük avtomobilində yaranan texniki nasazlıq səbəbindən Yasamal rayonu ərazisindən keçən Kənar Dairəvi yolun 5-ci kilometrində məcburi dayanıb.
Qanunvericilikdə nəzərdə tutulan təhlükəsizlik tədbirləri görmək, ən qısa müddətdə avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırmaq əvəzinə, təəssüf ki, Ş.Həsənov avtomobilin arxa hissəsində, qısa bir məsafədə yerə 2 əşya düzməklə kifayətlənib, bununla vəzifəsini yerinə yetirdiyini güman edib.
Nəticədə nasaz nəqliyyat vasitəsinin dayandığı zolaqda hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü Orxan Cavadov vəziyyəti gec qiymətləndirib və gəldiyi sürətlə də yük avtomobili ilə toqquşub.
Sükan arxasında diqqətinin yayındığı, yaxud yuxuladığı ehtimal edilən O.Cavadov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sözügedən hadisənin videogörüntüsünü təqdim etməklə bir daha sürücüləri diqqətli olmağa, qeyd olunan səbəblərdən dəfələrlə ağır faciələrin yaşandığını nəzərə alaraq, qanunla tələb olunan vəzifələri qeyd-şərtsiz yerinə yetirməyə, özlərinin və başqalarının həyat və sağlamlığına biganə qalmamağa çağırır.
Qeyd edək ki, bir ay əvvəl Orxanın atası da vəfat edibmiş.
-
Sağlamlıq14:50Kim yüz il yaşamaq istəyirsə... - Bundan hər gün yarım fincan yesin
-
ABŞ14:12Melaniya ilə bağlı zarafat Tramp ailəsini qəzəbləndirdi - O, dərhal qovulmalıdır!
-
İdman14:04Dünya çempionunun xanımı azərbaycanlı dizaynerin tədbirində hər kəsi heyran etdi - FOTOLAR
-
Rəsmi xronika14:00İlham Əliyev daha bir sərəncam imzaladı
-
Sosial13:20Sosial şəbəkələrdə bu reklamlara qarşı diqqətli olun: DİN-dən xəbərdarlıq
-
Sosial12:34Bu şəxslərə birdəfəlik maddi yardım ödəniləcək - SƏRƏNCAM
-
Rəsmi xronika12:08İlham Əliyev sərəncam imzaladı
-
Sosial11:40“3 yaşlı uşağım bağçada ağlayanda bıçağı qızdıraraq əlinə basıb” - VİDEO
































.png)




