Hadisə
Kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqladı
Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib.
Publika.az xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, “Müəllimlər Binası” kimi tanınan yaşayış binasında baş verib.
34 yaşlı Allahşükür Ağazadə ailə münaqişəsi zəminində həyat yoldaşı, 1997-ci il təvəllüdlü Rəvanə Ağazadəyə çoxsaylı bıçaq zərbələri endirib. Bu zaman evdə olan 2023-cü il təvəllüdlü azyaşlı H.A. qorxaraq anasının qucağına sığınıb. Atanın qadına endirdiyi zərbələrdən üçü uşağa dəyib.
Ağır xəsarətlər alan ana və övladı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Rəvanə Ağazadə isə əməliyyat blokuna alınıb. Son məlumata görə, onun əməliyyatı davam edir.
Hadisəni törətməkdə şübhəli bilinən Allahşükür Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, ailə əslən Lənkəran rayonunun Xanbulan kəndindəndir. Onlar hadisənin baş verdiyi ünvanda kirayədə yaşayırlar.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə
-
Dünya10:06İsraildən Türkiyə ilə bağlı etiraf: “Alov halqası" bizi sürətlə əhatə edir
-
Sosial09:57Aparat rəhbəri vəzifəsindən getdi
-
Ekopublika.az08:49Kredit borcu olanlar oxusun: Yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
-
Region05:45Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
-
Magazin203:18“Breaking Bad”in aktyoru evində ölü tapıldı - İntihar edib?
-
Qoroskop01:20Günün ulduz falı: Əlavə qazanc əldə etmək üçün fürsət yaranacaq






.png)


























