Hadisə
Cəlilabadda ailəli kişi tərəfindən qaçırılan qızdan XƏBƏR VAR
Ötən gün Cəlilabad rayonun Boyxanlı kəndində evli kişi tərəfindən qaçırılan 17 yaşlı nişanlı qız hələ də tapılmayıb.
Qaçırılan qızın atası Eldar Dadaşov məlumat verib. O bildirib ki, qızının harada olması məsələsi hələ dəqiqləşməyib: “Rayon polis şöbəsinin əməkdaşları, başda Namiq Camalov olmaqla hamı narahatdır. Hazırda onun tapılması istiqamətində iş gedir. Polis əməkdaşları təxmin edilən ərazilərə gediblər”.
E. Dadaşov qaçırılandan sonra qızının bir dəfə onla əlaqə yaratdığını deyib: “Harada olduğunu soruşdum, bilmədiyini dedi. Dedim ki, yerini de biz gələk, ya da siz çıxın gəlin, qorxmayın, narahatlığa əsas yoxdur. Yanında kim olduğunu soruşdum, amma cavab ala bilmədim, telefon söndü. Yenidən zəng vursam da, telefon bağlı idi.
Oğlanın valideynləri də qızımın hara qaçırıldığı dediklərinə görə bilmirlər. Övladım azyaşlı olduğu üçün himayəmdədir. Tələb edirəm ki, qızım evinə qayıtsın. Nişanlısının ailəsi də hərtərəfli narahatdır. Hamımız qızımın tapılmasını gözləyirik”. (qafqazinfo)
***
2016-08-19 12:06
Cəlilabad rayonunun Boyxanlı kəndində xoşagəlməz hadisə baş verib.
17 yaşlı nişanlı qız həmkəndlisi tərəfindən qaçırılıb. Hadisə
avqustun 18-i saat 23:00 radələrində baş verib.
Qaçırılan qızın atası Eldar Dadaşov saytımıza açıqlamasında
faktı təsdiqləyib. O, qızının zorla qaçırıldığını deyib: “Hadisə
qızımın bacısı ilə ayaqyoluna gedən zaman baş verib. Əminik ki,
qızım zorla qaçırılıb. Çünki, qızımın ayaqqabısı hadisə yerində
qalıb. 18 yaşına çatmayan şəxsin qaçırılması birbaşa insan
oğurluğudur. Qızım qohumumuzla nişanlıdır və yaxın vaxtlarda toyu
olacaqdı”.
E.Dadaşov qeyd edib ki, qızını qaçıran şəxs kənddə avara,
tüfeyli kimi tanınır: “Qızımı qaçıran şəxsin adı Zaurdur. O, kənddə
tüfüyli, avara kimi tanınır. Bir müddət əvvəl öz qohumu ilə evil
olub, sonra ayrılıb. Daha sonra xalası qızı ilə evlənib, onu da
boşayıb. Həmin şəxs bu axam qızımı qaçırıb”.
Qızı qaçırılan ata polisin hadisəyə biganə münasibət
göstərdiyini söyləyib: “Hadisədən dərhal sonra polisə xəbər verdik.
Ancaq, Cəlilabad polisi hadisə yerinə gəlmədi. Dəfələrlə rayon
polis şöbəsinə, 102 “qaynar xətti”nə etdiyimiz zənglərə baxmayaraq,
onları hadisə yerinə gətirə bilmədik. Özümü polis idarəsinə gedərək
şikayətimizi bildirdik. Bundan sonra işi hansısa müstəntiqə
verdilər. O, isə hazırda rayonda yoxdur. Polis hadisəyə müdaxilə
etməli, qulduru saxlamalıdır”.
E.Dadaşov qaçırılan qızını geri qaytarmaq istədiyini deyib: “Biz
istəyirik ki, qızım tezliklə tapılsın. İstənilən halda qızımızı
geri istəyirik. Oğlanın valideynləri də onun necə tərbiyyəsiz insan
olduğunu bilirlər. Onlarda qızımın tapılmasını istəyirlər.
Gecə saatlarında bildirdilər ki, qızı qaçıran şəxs Bakıya, “Yeni Günəşli” qəsəbəsində yaşayan bacısının evində gizlənir. Polisin işə laqeyd yanaşması qızımızın tezliklə geri qaytarılmasına maneə olur”. (azvision.az)
-
MDB09:19Rusiyada "Wildberries"in əsas obyektləri vuruldu - 7 ölü, 24 yaralı var
-
Hadisə08:55Xırdalanda binada yanğın - Yeniləndi
-
MDB08:24Rusiyaya alverə gedən azərbaycanlılara xəbərdarlıq
-
ABŞ08:00ABŞ İrana qarşı yeddinci gecə hücumlarını başa çatdırdı - Yeniləndi
-
Magazin107:15"İstirahət burnumuzdan gəldi" - Ayan xoşagəlməz hadisə ilə üzləşdi
-
ABŞ05:45ABŞ İsrailə yanacaqdaşıyan təyyarələr göndərdi - Nəyə hazırlıq gedir?
-
Qoroskop02:44Günün ulduz falı: Qızıl ortanı tapmaq çətin olacaq
-
Dünya02:10Hörmüzdə iki neft tankeri partladı













.jpg)
.jpg)
.jpg)




















