Hadisə
Polis qəza törətdi, 1 nəfər öldü - FOTOLAR
Zaqatalada polis əməkdaşı qəza törədib, hadisə nəticəsində bir nəfər ölüb.
Hadisə gecə saat 01 radələrində rayonun Mazıx-Qəbizdərə avtomobil yolunda qeydə alınıb.
Zaqatala şəhər sakini, 1989-cu il təvəllüdlü Sərt Tural Mustafa oğlu idarə etdiyi “VAZ 2108” markalı, 10 KX 405 dövlət nömrə nişanlı avtomobil aşaraq yoldan 6-7 metr aşağıdakı restoranın həyətinə düşüb.
Qəza nəticəsində avtomobildə olan sərnişin, Zaqatala şəhər sakini, 1970-ci il təvəllüdlü Musayev Nemət Hizbullah oğlu yerindəcə ölüb.
Sürücü Sərt Tural isə aldığı xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.
Zaqatala RMX-dan APA-ya bildirilib ki, yaralının vəziyyəti yüngül olduğundan ona tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Qeyd edək ki, qəza törədən Sərt Tural Zaqatala rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.
-
Nəqliyyat30 Oktyabr 20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa30 Oktyabr 19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 30 Oktyabr 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 30 Oktyabr 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB30 Oktyabr 16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB30 Oktyabr 14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 30 Oktyabr 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 30 Oktyabr 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
















.jpg)





















.jpg)
.jpg)