Hadisə
"Qanuni oğrular" toplandı - 12 nəfərin "Tac" ı əlindən alındı
Moskvada “qanuni oğrular” növbəti dəfə bir yerə toplaşıblar.
Publika.az xəbər verir ki, təcili toplantı kriminal aləmdə kifayət qədər nüfuzu olan “Şakro Molodoy” ləqəbli Zaxar Kalaşovun təşəbbüsü ilə baş tutub.
Kriminal aləmin “xaç ataları” 12 nəfəri “qanuni oğru” titullarından məhrum ediblər. Onların arasında azərbaycanlı Namiq Səlifov da var. Namiq Səlifov hazırda həbsdə olan və “Lotu Quli” kimi ad çıxaran Nadir Səlifovun kiçik qardaşıdır. Namiq “qanuni oğru” adından məhrum edilən yeganə azərbaycanlı deyil, ondan başqa daha iki azərbaycanlı – “Rafət Əlibayramlinski” təxəllüslü Rafət Əlirza oğlu Əmirov və “Ceyhun Gəncinski” ləqəbli Ceyhun Nəbi oğlu Əsgərovun da “tac”ları əllərindən alınıb.
Azərbaycanlı “qanuni oğru”lara qarşı bu addımın bir neçə il öncə qətlə yetirilmiş “Ded Xasan”nın qohumlarının və yaxın ətrafının göstərişi ilə atıldığı bildirilir. (vesti.az)
-
Nəqliyyat20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək













.jpg)
























.jpg)
.jpg)