Hadisə
Xızı yanır
Xızıda güclü yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın "Report"a verdiyi xəbərə görə, hadisə avqustun 20-də, saat 20 radələrində, Xızı rayon Qarabulaq bələdiyyəsinə məxsus torpaq sahəsində qeydə alınıb.
"Yanğın havanın küləkli olması səbəbindən geniş ərazini əhatə edərək Qarabulaq Meşəbəyliyinin 5 saylı meşə dolayına keçib. Yanğının qarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Xızı rayon Yanğından Mühafizə Xidməti canlı qüvvə və texnikası təcili olaraq hadisə yerinə yola düşüb. Hadisənin ciddiliyi nəzərə alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları fövqəladə iş rejiminə keçib".
Onun sözlərinə görə, ETSN-in Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları hadisə yerinə aparılıb: "Ümumilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 100 nəfərədək əməkdaşı yanğının söndürülməsinə cəlb olunub. Ərazi dağ massivində yerləşdiyindən yanğının söndürülməsi üçün lazım olan bütün vasitələrdən istifadə olunur. O cümlədən nazirliyin yerli meşə idarələrinin və Altıağac Milli Parkının işçiləri vedrə və su tutumu olan su qablarından istifadə edərək yanğının söndürülməsinə çalışırlar.
Nazirliyin əməkdaşlarının fədakarlığı şüacəti və ciddi səyləri nəticəsində çətin şəraitdə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğın lokallaşdırılıb. Hazırda yanğının söndürülməsi istiqamətində təcili tədbirlər həyata keçirilməkdədir".
O, qeyd edib ki, meşə yanğınlarının səbəbləri ilə bağlı mütəxəssislərin apardıqları monitorinqlər yanğın hadisələrinin əksəriyyətinin insanların odla ehtiyatsız davranması nəticəsində, o cümlədən taxıl biçininin yekunlaşmasından sonra biçənəklərə od vurması səbəbindən baş verdiyini göstərir: "Bəzən sakinlər təbiət qoynunda təhlükəsizlik qaydalarına riayət etmir, yarana biləcək fəsadları nəzərə almırlar. Nəzərə almırlar ki, bu cür ehtiyatsız davranışlar nəticəsində hektarlarla meşə sahəsi məhv ola bilər".
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO














.jpg)























.jpg)


