Hadisə
Xızıda yanğın söndürülüb
Xızı rayon Qarabulaq bələdiyyəsinə məxsus torpaq sahəsində baş vermiş və sonradan geniş ərazini əhatə edərək Qarabulaq meşəbəyliyinin 5 saylı dolayına keçmiş yanğın gecə saat 2 radələrində tamamilə söndürüüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın "Report"a verdiyi məlumata görə, hadisə 20 avqust 2016-cı il tarixində saat 20:00 radələrində baş verib.
Yanğın havanın küləkli olması səbəbindən geniş ərazini əhatə edərək Qarabulaq meşəbəyliyinin 5 saylı dolayına keçib.
Yanğının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Xızı rayon Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası təcili olaraq hadisə yerinə gedib, eyni zamanda hadisənin ciddiliyi nəzərə alınaraq nazirliyin müvafiq qurumları fövqəladə iş rejiminə keçərək, ETSN-nin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları ilə birlikdə 100 nəfərədək əməkdaş yanğının söndürüməsinə cəlb olunmşdu.
Ərazi yüksək dağ massivində yerləşdiyindən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən istifadə olunmuş, o cümlədən Nazirliyin yerli meşə idarələrinin və Altı ağac milli parkının işçiəri vedrə və su tutumu olan qablardan istifadə edərək yanğının söndürülməsində iştirak etmişlər. Nazirliyin əməkdaşlarının fədakarlığı, şücaəti və ciddi səyləri nəticəsində, çətin şəraitdə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğın gecə saat 2 radələrində tam olaraq söndürülüb.
Qeyd edək ki, yanğın Xızı rayonunun Qarabulaq bələdiyyəsinə məxsus təxminən 215 hektar ərazini əhatə etmiş, alovun meşə fondu sahəsinə keçməsinin qarşısı Ekologiya və Təbii Sərvətər Naziriyinin işçilərinin və Fövqəladə Hallar Nazirliyinin Xızı rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının ciddi səyləri ilə alınmış və yalnız 50 sota yaxın meşə sahəsində quru ot örtüyü, kol-kos yanmış, həmin ərazidəki ağacların yarpaqları ütülsə də, onlara ciddi ziyan dəyməmişdir.
Bidiririk ki, meşə yanğınlarının səbəbləri ilə bağlı mütəxəssislərin apardığı təhlillər və monitorinqlər göstərir ki, baş verən yanğın hadisələrinin çox böyük əksəriyyəti insanların odla ehtiyatsız davranışı, taxıl biçininin yekunlaşmasından sonra biçənəklərə od vuran fermerlərin etinasızlığından irəli gəlir.
Təəssüf ki, insanlar təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etmir və yarana biləcək fəsadları hesablamırlar. Nəzərə almırlar ki, belə məsuliyyətsiz addımların nəticəsində hektarlarla meşə örtüyü məhv ola bilər, ölkənin meşə fondu ani vaxt içərisində yanıb kül olmaq təhlükəsi ilə üzləşər.
Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...