Hadisə
Gömrükdə narkotika əməliyyatı
Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İrandan gələn, Azərbaycan ərazisindən tranzit gömrük proseduru altında keçməklə Belarusa getmək istəyən Belarus vətəndaşının idarə etdiyi yük maşını saxlanılıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, yük sənədlərinə əsasən “mərmər” yükü aparan sürücü ilə şifahi sorğu-sualdan sonra nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan, daha sonra isə maşındakı yük fiziki baxışdan keçirilib.
Nəqliyyat vasitəsinin qoşqusunda olan mərmər yükünə baxış zamanı, mərmər plitələrin arasında, bir ədədinin içərisində xüsusi qaydada düzəldilmiş gizli saxlanc yerində, üzərində xüsusi möhürü, emblemi və nömrəsi göstərilmiş yastı-dördkünc formalı 3 ədəd bağlamada, xalis çəkisi 1985,0 qram təşkil edən narkotik vasitə - həşiş qətranı aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
-
Nəqliyyat20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək


















.jpg)



















.jpg)
.jpg)