Hadisə
ŞOK: Atasını öldürən oğlan qətl əmrini imamından alıb - FOTO (YENİLƏNİB)
Yardımlı rayonunda oğulun atasını öldürməsi məsələsiylə
bağlı dəhşətli faktlar ortaya çıxıb.
Kənd sakinlərindən AzNews.az-a verilən məlumata görə, atasıyla
həmişə mehriban münasibətdə olan oğulun birdən-birə düşmənə
çevrilməsi, nəticədə də onu öldürməsi dini inancları arasındakı
ziddiyyətlə bağlı olub. Belə ki, Quba Dövlət İqtisad Kollecinin Yol
hərəkətinin təşkili fakültəsinin 3-cü kurs tələbəsi olan Qaçay
Nadir oğlu Şahverənov vəhhabilərə qoşulubmuş. O, Qubada təhsil alsa
da, tez-tez Bakının vəhhabilərin daha çox məskunlaşdığı “Razin”
qəsəbəsinə gedirmiş, orada təşkil olunan məclislərə qatılırmış.
Kənd sakinləri deyir ki, qatı şiə olan ailədə Qaçayın dini
baxışları ciddi problemə səbəb olub. Onun saqqal saxlaması,
şalvarlarının ətəyini qısa kəsdirməsi isə bu problemi bir qədər də
dərinləşdirib.
Məzuniyyətə kəndə gələn tələbə ilə atasının bir neçə dəfə ciddi
mübahisələrinin olduğu da bildirilir. Hətta iş o yerə çatıb ki,
atası onu saqqalını qırxmadığı təqdirdə öldürəcəyi ilə hədələyib.
Bundan sonra - hadisə baş verməzdən bir neçə gün əvvəl Qaçay
evlərindən çıxıb yaxın qohumlarıgildə qalmağa başlayıb.
Məlumatlı şəxslər deyib ki, onun atasını öldürməsi qərarına
gəlməsi şəxsi fikri olmayıb: “Öz imamı ilə danışıb,
atasının ona dediklərini, vəhhabiliyə qarşı çox radikal
davrandığını bildirib. Bundan sonra o əmr edib ki, atasını
öldürsün”.
İddia olunur ki, belə bir əmri alandan sonra Qaçay hazırlıqlara
başlayıb, tüfəng əldə edib və onu həyətlərindəki tövlədə gizlədib.
Həmin gün qətlə yetirilən Nadir Şahverənov evdə olmayıb, səhər
tezdən rayon mərkəzinə gedib. Buna görə də oğul atasını axşama kimi
gözləməli olub. Axşam üstü, təxminən 17 rədələrində evinə qayıdan
Nadir həyətə daxil olanda arxadan, kürəyindən oğlu tərəfindən
vurulub. Oğul hadisəni törədəndən sonra özü polisə zəng edərək
təslim olub.
Polisdən verilən məlumata görə, o öz izahatında atasını
öldürdüyünə görə heç bir peşmanlıq keçirmədiyini bildirib.
11:02
Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, ata ilə oğlu arasında əvvəllər də mübahisələr olub. Sakinlərin sözlərinə görə, Qaçay 9-cu sinifdən kənd orta məktəbindən çıxıb, təhsilini Bakıda kollecdə davam etdirirmiş. Lakin oxumaq istəmədiyindən ailədə tez-tez mübahisələr olub.
“Ailədə 4 qardaş 1 bacıdırlar. Atası Qaçayın oxumağını istəyirdi, o isə dəfələrlə kollecdən qaçıb evlərinə gəlirdi, oxumaq istəmədiyini deyirdi. Bu məsələ üstündə ailələrində mübahisələr olurdu. Deyilənə görə, Qaçay son vaxtlar hansısa dini qruplara qoşulub. Oxumaq istəməməsinin də səbəbi bununla bağlıdır. Atası onu həmin qruplardan ayırmaq, oxutmaq istəsə də, Qaçay buna etiraz edirmiş. Ancaq o, ilkin ifadəsində atasının anasını, bacısını və qardaşının yoldaşını incitdiyini, ona görə də onu öldürdüyünü deyib”.
Sakinlər bildirir ki, hadisə baş verər vaxt evdə ata və oğuldan başqa heç kim olmayıb. Qaçay ov tüfəngini hazırlayıb və atası işdən gələndə pilləkəni qalxarkən onu vurub. Silah səsinə anası gəlib.
Rayon Prokurorluğundan Publika.az-a bildirdilər ki, Q.Şahverdiyevin atasını öldürmə səbəbi aralarındakı mübahisələr olub:
“Atası anası və bacısını döyüb-incidirmiş. Onun bu hərəkətlərindən bezdiyinə görə atasını öldürmək qərarına gəlib".
Prokurorluqdan Q.Şahverdiyevin dini qruplara qoşulması ilə bağlı məlumatlar təkzib edilib.
***
09:58
Yardımlıda qətl hadisəsi törədilib.
Hadisə ötən gün axşam saatlarında rayonun Alar kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü Qaçay Şahverənov ailə münaqişəsi zəminində atası, 1972-ci il təvəllüdlü Nadir Sabir oğlu Şahverənovu ov tüfəngi ilə kürək nahiyəsindən vurub. N. Şahverənov aldığı yaradan hadisə yerində ölüb.
Qətli törətmiş Q. Şahverənov yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Gülxar
-
Nəqliyyat20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək















.jpg)






















.jpg)
.jpg)