Hadisə
Daşkəsəndə qasırğa evlərin damını dağıtdı (YENİLƏNİB)
Gecə Daşkəsəndə baş verən təbii fəlakət dağıntılara
səbəb olub.
Publika.az Kəpəz TV -yə (Region TV) istinadən
xəbər verir ki, güclü küləklə müşayiət olunan qasırğa rayonda
10-dan artıq binanın və yaşayış evinin dam örtüyünü tamamilə
dağıdıb.
2 saat ərzində davam edən qasırğa Daşkəsənin elektrik və rabitə
təsərrüfatına da ciddi ziyan vurub. 50-dən artıq elektrik dirəyi
aşıb, 500 metr məsafədə elektrik xəttləri qırılıb, rayonun Xoşbulaq
kəndində ağacın aşması nəticəsində 1 avtomobilə ziyan
dəyib.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayevin verdiyi məlumata görə, təbii fəlakətin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.
***
Güclü yağışla müşahidə olunan qasırğa zamanı elektrik naqilləri qırılıb, bəzi binaların dam örtükləri dağılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, saat 20 radələrindən başlayaraq güclü leysan yağışla müşahidə olunan qasırğa səbəbindən elektrik naqilləri sıradan çıxıb, bəzi yaşayış evlərinin, binaların dam örtüyü uçub. Şəhərə elektrik enerjisinin verilişi dayandırılıb.
Qasırğa avtomobillərin hərəkətini də məhdudlaşdırıb.
Hazırda yağışlı və küləkli hava şəraiti davam edir.
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi




































.jpg)
.jpg)
