Hadisə
Qubada uşağı sel apardı
Bu gün Qubanın bir neçə kəndinə yağan leysan yağışları ciddi fəsadlar törədib, eyni zamanda təlafata səbəb olub.
"Report"un Şimal bürosunun məlumatına görə, saat 5 radələrində Qonaqkənd inzibati ərazi vahidliyinə məxsus Ördüc kəndinə yağan güclü dolu nəticəsində əmələ gələn sel 1 uşağı və 30-a yaxın xırdabuynuzlu mal-qaranı aparıb.
Hadisə 2002-ci il təvəllüdlü kənd sakini Orucov Şahid Əli oğlu qoyun və keçiləri dərədə otaran zaman baş verib. Güclü dolu sonradan yağışa çevrilib və əmələ gələn sel mal-qaranı aparıb. 14 yaşlı Şahid heyvanları xilas etmək istəyərkən, özü də axına düşüb. Onu yaxınlıqda olan kənd sakinləri xilas edə biliblər. Şahid Orucov baş nahiyəsindən xəsarət alıb.
Güclü dolu paxla və kələm sahələrinə də ziyan vurub. Hazırda kənddə işıqlar sönüb, rayona gedən yolda maşınların hərəkəti çətinləşib.
Sakinlər son 30 ildə ilk dəfədir belə yağışların yağdığını bildiriblər.
Quba Fövqəladə Hallar Nazirliyi Komissiyasının sədri, icra hakiminin birinci müavini Yusif Abidov "Report"a hadisəni təsdiq edib.
"Hadisələrdən xəbərim var. Qubanın Xaltan və Utuq kəndlərinə də güclü leysan yağışları yağıb. Oralarda elə də ciddi çətinliklər yaranmayıb. Ördüc kəndində yaranan problemlərlə bağlı sabah səhər saatlarında lazımi tədbirlər görüləcək", - deyə o bildirib.
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi




































.jpg)
.jpg)
