Hadisə
''Axşam hamama girdim, qəflətən bir kişi sinəmə əl atdı...'' - Bakıda OLAY
''Axşam idi, hamama girdim çimmək üçün. Qəflətən bir kişi sinəmə əl atdı. Baxıb gördüm ki, qonşum və qohumum Əhlimandı. Qışqırıb köməyə adam çağırdım, ancaq o məni zorlamaq istəyirdi''.
Bu sözləri Bakının Qaradağ rayonu ərazisində qohumu tərəfindən
təcavüzə məruz qalan 30 yaşlı F.M-yeva deyib.
Qobustan qəsəbəsi, Şıxlar kəndində yaşayan zərərçəkmişin
sözlərinə görə, hadisə bu il aprelin 27-də yaşadığı evin
həyətindəki hamamda baş verib: ''Gecə idi, hardasa saat 11 olardı.
Hamama girdim. Soyunmaq istəyirdim ki, qəflətən Əhliman Qasımov
içərigirib mənə əl-qol atdı. Sinəmə əl atırdı. Qışqırıb yoldaşımı
çağırdım, heç kim köməyə gəlmədi. Sonra mənə pis-pis təkliflər
etməyə başladı. Mən etiraz edəndə başladı zorla etməyə. Mən hamamda
əlimə birdəfəlik istifadə olunan üzqırxan keçdi. Götrüb Əhlimanın
üzünə çəkdim. Qanadığını görəndən sonra məndən əl çəkdi''.
Şikayətçi deyir ki, hadisə baş verən vaxta kimi Ə.Qasımovdan
hansısa şübhəli hərəkət hiss etməyib.
Hadisə ilə bağlı Qaradağ rayon prokurorluğundan istintaq
aparılsa da, şikayətçi müstəntiq İlyas Hüseynovun işindən narazılıq
etdi: ''Müstənit məndən evin sənədlərini istəyir. Hamamın hansı
həyətdə olmasını sörüşür. Öz həyətimdə, öz hamımda baş verib
hadisə. Evin sənədlərinin bu məsələyə nə aidiyyəti var?''.
Müstəntiq İ.Hüseynov Criminal.az saytına açıqlamasında bildirdi
ki, hazırda F.M-yevanın işi ilə bağlı istintaq davam etdirilir.
Ə.Qasımov artıq həbs edilib. İşin gedişində zərərçəkmiş tərəfi
narazı salacaq heç bir hal yoxdur. Sadəcə hadisə ilə bağlı Cinayət
Məcəlləsinin 29,149-cu (zorlamaya cəhd) maddəsi ilə cinayət işi
başlanıb. Zərərçəkmişdən evin sənədlərinin tələb edilməsi isə sırf
işin gedişi ilə bağlıdır.
Müsətəntiqin sözlərinə görə, sənədlər mənzil toxunulmazlığı
hüququ ilə bağlıdır. Çünki Ə.Qasımov başqasının mənzilinə girərək
qadına təcavüz etmək istəyib. Ona görə də cinayət işinə Cinayət
Məcəlləsinin 157-ci maddəsinin də əlavə edilməsi mümkündür. Bu isə
sırf zərərçəkmiş tərəfin xeyrinə olan bir haldır.
İ.Hüseynov əlavə etdi ki, zərərçəkmiş tərəfin hüquqlarını vəkil Şəfiqə Nağıyeva qoruyur. Ondan order tələb etsək də verməkdən imtina etdi. Sonradan məlum oldu ki, onun fəaliyyəti Vəkillər Kolegiyası tərəfindən 6 ay müddətinə dayandırılıb.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ailə məsələləri sizə əlavə xoşbəxtlik gətirəcək
-
Hadisə8 Oktyabr 23:48Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır - FOTO
-
İKT8 Oktyabr 23:36Azərbaycanda ən populyar süni intellekt çat-botu açıqlandı
-
Avropa8 Oktyabr 22:48İordaniya şahzadəsinin zinət əşyaları görün kim oğurlayıb
-
MDB8 Oktyabr 21:48İki rus 18 nəfəri oğurlayaraq köləlikdə saxladılar
-
İdman8 Oktyabr 21:36Messini yadplanetli adlandırdılar
-
Nida Xəbər 8 Oktyabr 20:36Əliyev və Paşinyan masa ətrafında danışdılar - VİDEO
-
Magazin18 Oktyabr 20:00"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - VİDEO





































