Hadisə
Lənkəranda bina çökdü
Lənkəranda taxta konstruksiyalı birmərtəbəli bina çöküb.
Publika.az Report-a istinadən xəbər verir ki, Səttərxan küçəsi 52 ünvanda yerləşən, ümumi sahəsi 170 kvadratmetr olan binada bir neçə il əvvələdək Dəri-Zöhrəvi Xəstəlikləri Dispanseri fəaliyyət göstərib. Hazırda istifadəsiz qalan bina qəzalı vəziyyətdə düşüb.
FHN Cənub Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə gələrək, ərazini yoxlayıb və hər hansı xəsarətin olmadığını müəyyənləşdiriblər. Əraziyə girişin qadağan olunmasını bildirən lent çəkilib. Əlaqədar qurumlara məlumat verilib.
Xatırladaq ki, sözügedən bina XIX əsrin əvvəllərində lənkəranlı mülkədar Əkbərovlara məxsus mülkün ərazisindəki yardımçı tikili olub. Ərazidəki yerli əhəmiyyətli tarixi abidə hesab olunan qırmızı kərpicli ikimərtəbəli binanın da qəzalı vəziyyətdə olduğu və çökmə ehtimalının artdığı bildirilir.
-
Səhiyyə04:14Bu vitamin ağciyər xərçəngi riskini azaldır
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sevindirici xəbərlər gündəmə gələ bilər
-
İdman19 Noyabr 23:48Hakim ciddi xəsarət aldı, futbolçu 8 il müddətinə diskvalifikasiya edildi - VİDEO
-
Dünya19 Noyabr 23:12Bu ölkədə altı günlük iş həftəsi ləğv edildi
-
İdman19 Noyabr 23:00PSJ 50 milyonluq futbolçunun satışını təkzib etdi - FOTO
-
Nida Xəbər 19 Noyabr 21:50Holdinq rəhbəri 445 minlik mənimsəyə görə Azərbaycana gətirildi
-
Art19 Noyabr 20:48Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasında - FOTO
-
Dünya19 Noyabr 20:36Qız həqiqəti gizlətdiyi üçün toy ləğv edildi - Kosmik tədqiqatlar üzrə alimi necə aldadıblar?

























.jpg)
.png)












.png)