Hadisə
Toydan qayıdarkən yol qəzasına düşdülər - FOTO
Ələt-Astara yolunun 202-ci km-də, Lənkəranın Şiləvar kəndi ərazisində ağır yol qəzası baş verib.
"Report"un Cənub bürosunun məlumatına görə, qəza "42-BJ-253" dövlət qeydiyyat nişanlı "VAZ-2107" və "90-BE-061" dövlət qeydiyyat nişanlı "KamAZ" markalı bitium daşıyan avtosisternin toqquşması nəticəsində qeydə alınıb.
Qəza nəticəsində 5 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılardan ikisinin vəziyyəti daha ağırdır.
Qəza "VAZ 2107" markalı minik avtomobilinin ikinci dərəcəli yoldan "Kamaz"ın sürətlə hərəkətdə olduğu əsas yola çıxması nəticəsində baş verib.
Qəza nəticəsində xəsarət alanların şəxsiyyəti də məlum olub:
Sürücülər:
- Bakının Qaradağ rayon sakini, 1984-cü il təvəllüdlü Dəmirov İlham Rəşad oğlu ("Kamaz"ın sürücüsü)
- Lerikin Piran kənd sakini, 1965-cü il təvəllüdlü Məmmədov Əlimərdan Ayaz oğlu ("VAZ 2107"nin sürücüsü). Hazırda əməliyyata alınıb.
Sərnişinlər:
- Lerik rayonu Bobla kənd sakini, 1966-cı il təvəllüdlü Quliyeva Həqiqət Allahverdi qızı, vəziyyəti orta ağırdır.
Ambulator yardım göstərilib:
Hüseynov Vilayət Tahir oğlu,
Hüseynova Günəş Tahir qızı,
Kazımov Qismət Zeynal oğlu.
Onların hər üçü Lerik rayonu Bobla kənd sakinidir.
Şahidlərin sözlərinə görə, qəza "Jiquli"nin qarşı hərəkət yolağına çıxması nəticəsində baş verib.
-
Avropa22:48İordaniya şahzadəsinin zinət əşyaları görün kim oğurlayıb
-
MDB21:48İki rus 18 nəfəri oğurlayaraq köləlikdə saxladılar
-
İdman21:36Messini yadplanetli adlandırdılar
-
Nida Xəbər 20:36Əliyev və Paşinyan masa ətrafında danışdılar - VİDEO
-
Magazin120:00"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - VİDEO
-
Sosial19:12Fidan Mansurova yüksək vəzifəyə təyin edildi - FOTO
-
Rəsmi xronika18:48İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış etdi - YENİLƏNDİ
-
Ekologiya18:12Sabah leysan olacaq - XƏBƏRDARLIQ





































