Hadisə
Göyçayda maşın toy çadırına girdi, 5 nəfər xəsarət aldı
Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Ötən gecə rayonun Bığır kənd sakini Nuhzadə Polad Tofiq oğlu özünə məxsus 10-BC-929 dövlət nömrə nişanlı “VAZ-2106” markalı minik avtomobili ilə kənddə toy mərasimi keçirilən həyətə gəlib. Özü toy mağarına daxil olandan sonra həmyerlisi Xəlilov Seymur Asif oğlu onun avtomobilini işə salaraq toy çadırına tərəf hərəkət etdirib. Hərəkətdə olan maşın çadıra girib.
Nəticədə toy mərasimindəki qonaqlardan 5 nəfər avtomobilin altında qalaraq, ağır xəsarət alıb. Onlardan 1992-ci il təvəllüdlü Rəhimov Orxan Agaməhəmməd oğlu, 1991-ci il təvəllüdlü Salmanov Mehman Murad oğlu və 2004-cü il təvəllüdlü Cəfərzadə Emin Ramin oğlu Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Digər iki nəfərinsə müalicə üçün Bakı şəhərinə aparıldığı bildirilir.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi
-
Ekologiya09:24Günəşdə nəhəng şüa aşkarlandı: Yer üçün təhlükə var?
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı





















_(1).jpg)















.jpg)
.jpg)
