Hadisə
Zaqatalada iki "VAZ" toqquşub - FOTO
Balakəndə baş verən yol qəzasında, biri ağır olmaqla, iki nəfər xəsarət alıb.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə avqustun 30-u axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib. Zaqatala rayon sakini, 1956-cı il təvəllüdlü Aydın Nəbi oğlu Əliyevin idarə etdiyi “VAZ 21011” markalı, 62-BA-201 dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən, əks istiqamətdə hərəkət edən, Balakən rayonu Katex kənd sakini, 1992-ci il təvəllüdlü Elvin Abuzər oğlu Ölkəliyevin idarə etdiyi “VAZ 21015” markalı 10-NP-278 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəzadan sonra hər iki avtomobilin sürücüsü aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
Balakən RMX-dan APA-ya verilən məlumata görə, yaralılardan Aydın Əliyevin üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. Digər yaralı Elvin Ölkəliyev cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
-
MDB21:48İki rus 18 nəfəri oğurlayaraq köləlikdə saxladılar
-
İdman21:36Messini yadplanetli adlandırdılar
-
Nida Xəbər 20:36Əliyev və Paşinyan masa ətrafında danışdılar - VİDEO
-
Magazin120:00"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - VİDEO
-
Sosial19:12Fidan Mansurova yüksək vəzifəyə təyin edildi - FOTO
-
Rəsmi xronika18:48İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış etdi - YENİLƏNDİ
-
Ekologiya18:12Sabah leysan olacaq - XƏBƏRDARLIQ
-
Dünya16:4266 il əvvəl hesablayıblar: Dünyanın sonuna 1 ay qaldı?















.jpg)




















