Hadisə
Dəhşətli İNTİHAR: 26 yaşlı kişi boşandı və uşağı...
Balakənin Poçtbinə kənd sakini 26 yaşlı Tinov Zaxmayev intihara cəhd edib. O, ötən gecə 22:30 radələrində yaşadığı evdə intihar məqsədilə bıçaqla özünə qarın nahiyəsindən xəsarət yetirib.
Kənd İcra nümayəndəsi Azər Qarayevin Publika.az-a verdiyi məlumata görə, T.Zaxmayevin intihar etməsinə səbəb böyük ehtimalla yoldaşının uşağını ona verməməsidir: “O, bir müddət əvvəl yoldaşı ilə ayrılıb. Ötən gün mənə zəng etdi ki, yoldaşı oğlunu ona göstərmir. Buna görə çox pis idi. Məsləhət gördüm ki, bu məsələnin həlli təkrar məhkəmədir. Müraciət etsin və konkret gün müəyyən etsinlər. Ancaq nədənsə o. özünə belə xəsarət yetirib”.
İcra nümayəndəsinin sözlərinə görə, T.Zaxmayevin həyat yoldaşı ilə boşanmasına səbəb ailə münaqişəsi olub: “Onlar Tinovun ailəsi ilə birlikdə yaşayırdılar. Ailədə problemlər var idi, gəlinlə yola getmirdilər. Bildiyim qədəri ilə hətta onlar boşanandan sonra uşağın anasında yox, onlarda qalmağını istəyirdilər. Ancaq uşaq azyaşlı olduğuna görə məhkəmə anasına verdi”.
Qeyd edək ki, intihara cəhd nəticəsində T.Zaxmayev Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta-ağır dəyərləndirilir.
Gülxar
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi
-
Ekologiya09:24Günəşdə nəhəng şüa aşkarlandı: Yer üçün təhlükə var?
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı
-
İdman07:30Mourinyonun “xaos” fəlsəfəsi: “Real Madrid”in uğurunun arxasında nə dayanır?





































.jpg)
.jpg)
