Hadisə
"Atdıq dərəyə, üstünə beton tökdük" - müğənninin qohumunun qatilləri danışdı- VİDEO
Xəbər verdiyimiz kimi, əməkdar artist Aygün Bəylərin üç
il əvvəl itkin düşmüş əmisi nəvəsi Elnur Hümmətovun öldürüldüyü
məlum olub. Cinayətlə bağlı müğənninin qardaşı Abbas Hümmətov də
daxil olmaqla 5 nəfər həbs edilib.
Publika.az Region TV-yə istinadən xəbər verir
ki, saxlanılan şəxslərdən biri Ramil Əsirov ifadəsində bunları
deyib: "Suraxanıdan keçirdik, gördük ki, o da yoldadır, bizim
maşına oturdu, getdik Qalaya. Bir gün qaldıq, səhərisi söhbət
elədik. Elnurla söhbət edəndə mən ayaqyoluna keçdim. O, Elmirə
müqavimət göstərdi, Elmir onu yerə yıxdı, boynundan tutdu, mən də
ayaqlarından tutdum. Fuad dedi ki, get balış götür. Mən balış
götürməyə gedəndə Elmir bayıra çıxmışdı, yox idi, qorxmuşdu. Mən
çatanda uje boğulmuşdu, ölmüşdü. Skoçla bağladıq, atdıq dərəyə,
üstünə beton tökdük".
Əməkdar artistin qardaşı Abbas Hümmətov bildirib ki, o gələndə
artıq Elnur Hümmətov öldürülmüşdü: "Mən səhər gəldim, məni dükana
göndərdilər ki, skoç alım. Qayıdanda yolda Elmiri gördüm, götürüb
evə apardım. Gəldim bağa, gördüm ki, öldürüblər, mən də evə getdim.
Axşam Ramil zəng vurdu ki, gəl, apar bizi evə. Bir az qum qalmışdı
həyətdə, onu da yaydıq həyətə. Ramili götürüb getdim".
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə birgə baxış keçirilib və Elnur Hümbətovun meyitinin qalıqları basdırıldığı yerdən ekskumasiya olunaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilib.
Qeyd edilən fakta bağlı Suraxanı Rayon Prokuroroluğunda cinayət işi
başlanılıb və iş digər istintaq hərəkətlərinin davam etdirilməsi
üçün Bakı Şəhər Prokurorluğuna göndərilib.
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi
-
Ekologiya09:24Günəşdə nəhəng şüa aşkarlandı: Yer üçün təhlükə var?
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı
-
İdman07:30Mourinyonun “xaos” fəlsəfəsi: “Real Madrid”in uğurunun arxasında nə dayanır?





































.jpg)
.jpg)
