Hadisə
DSX-nın ilk qadın pilotunun ölüm səbəbi - FOTO (YENİLƏNİB)
Avqustun 30-da hamiləliyinin 36-cı həftəsində dünyasını dəyişən 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızının ölümü ilə bağlı ilkin rəy açıqlanıb.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Trend-ə verilən məlumata görə, ölümün dəqiq səbəbləri analizlərin cavabları əsasında iki həftədən sonra müəyyənləşəcək.
Mərkəzdən bildirilib ki, qadının meyitinin müayinəsi zamanı qarpızdan baş verən zəhərlənmənin əlamətləri müşahidə edilməyib.
Ölümə səbəb olan ilkin rəyə əsasən, D.Babayevanın ölümünə pleeklamsiya xəstəliyi səbəb olub. Bu, hamilə qadınlarda rast gəlinən ağır ginekoloji xəstəlikdir.Artıq ana ölümü faktı ilə bağlı Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb və ölümün səbəbləri araşdırılır.
***
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilib ki, D.Babayeva avqustun 29-da saat 17:06-da təcili yardımla xəstəxanaya yerləşdirilib.
İlkin müayinə zamanı onun hamiləliyinin 36-cı həftəsində olduğu məlum olub və qida zəhərlənməsi diaqnozu qoyulub. Kliniki Tibbi Mərkəzdə edilən bütün yardımlara baxmayaraq, onda kəskin zəhərlənmə olub və dölün öldüyü müəyyən edilib. Əməliyyat zamanı ölü döl götürülüb.
Daha sonra anada kəskin böyrək və qaraciyər çatışmazlığı müşahidə edilib. Nəticədə ana dünyasını dəyişib.
Məlumatda bildirilib ki, bu 31 yaşlı qadının ilk hamiləliyi və ilk doğuşu olub.
***
Səhiyyə Nazirliyi Bakıda hamilə qadının vəfat etməsinə münasibət bildirib.
Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova APA-ya bildirib ki, ilkin versiyaya əsasən 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızı qida zəhərlənməsindən vəfat edib. O qeyd edib ki, hadisə avqustun 30-da baş verib: “Yaxınlarının bildirdiyinə görə, ölüm qida zəhərlənməsindən, qarpızdan baş verib”.
S. Məmmədova deyib ki, meyit artıq təşrih olunub: “24 saat ərzində materiallar Doğuşayardım Komissiyasına təqdim olunmalıdır. Materiallar komissiyaya təqdim olunduqdan sonra qısa müddət ərzində işə baxılıb, müvafiq rəy veriləcək”.
***
Dövlət Sərhəd Xidmətinin ilk qadın pilotu vəfat edib.
Publika.az xəbər verir ki, kapitan rütbəli qadın
pilotumuz Dilarə Babayeva dünən vəfat edib. Əldə etdiyimiz məlumata
görə, o uşaq dünyaya gətirməyə hazırlaşırmış. Səhhətində yaranan
problemlərə görə dünyasını dəyişib. Dilarə Babayevanın hazırda
Qubada dəfni həyata keçirilir.
Allah rəhmət etsin! (Femida.az)
Gülxar
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





























.jpg)







.jpg)


