Hadisə
Məhbus məhkəmə zalından qaçıb
Gürcüstanın Rustavi şəhərində məhbus məhkəmə zalının gözləmə otağından qaçıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, əlində plastilindən düzəldilmiş saxta “qumbara” tutan məhbus məhkəmə binasına çağırılan təcili yardım briqadasını və onu gətirən konvoyu qorxudaraq özünü pəncərədən ataraq qaçıb. Dəqiqləşdirilməmiş məlumata görə, onu məhkəmə ərazisində naməlum avtomobil gözləyirmiş. Hazırda qaçan məhbusun axtarışı davam edir.
Hadisə ilə bağlı Gürcüstanın cəzaçəkmə və probasiya nazirliyi bəyanat yayımlayıb. Bəyanatda bildirilir ki, O.Q. adlı məhbus ittiham olunmaq üçün Rustavi Şəhər Məhkəməsinə aparılıb və məhkəmə prosesinədək məhbusun halı pisləşdiyindən təcili yardım briqadası çağırılıb. Tibb briqadası gəldikdən sonra məhbus qaçmağı bacarıb.
Məhbusun kimliyi və hansı maddə üzrə ittiham olunması barədə məlumat verilmir.
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi
-
Ekologiya09:24Günəşdə nəhəng şüa aşkarlandı: Yer üçün təhlükə var?
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı
-
İdman07:30Mourinyonun “xaos” fəlsəfəsi: “Real Madrid”in uğurunun arxasında nə dayanır?
-
Magazin106:46"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu












.jpg)


.jpg)



.jpg)
















.jpg)
.jpg)
