Hadisə
Gədəbəydə sürüşmə DƏHŞƏTİ: Bir ailə...
Gədəbəydə 30-a yaxın kənd sürüşmə təhlükəsi ilə üz-üzə qalıb. Rayonun Hacılar kəndində bir neçə ailənin vəziyyəti isə daha da çətinləşib.
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev bildirib ki, kəndlərdə sürüşmə aktivləşib. Həmin kəndlərin 25-ə yaxını Azərbaycanın Ermənistanla təmas xəttində yerləşir. Onun sözlərinə görə, əvvəllər Hacılar kəndində 2 sürüşmə yeri var idisə, indi isə sürüşmə sahələrinin sayı 10-15-ə çatıb.
Rayon İcra Hakimiyyətinin birinci müavini Qüdrət Paşayev Publika.az-a açıqlamasında bildirib ki, 30-a yaxın kənddə sürüşmə iyun ayında baş verib: “Lakin hazırda həmin ərazilərdə aktivlik müşahidə edilmir. Avqust ayının əvvəlində Hacılar kəndində 4-5 evin rayon mərkəzi ilə əlaqəsi kəsilmişdi. Dünən həmin yolda təmir işləri aparmaq üçün ağır texnika cəlb olunub. Lakin uçqun olduğundan işləyə bilməyib. Adıçəkilən kənddə aktivləşmə olmasa da, təhlükə gözlənilənilir. Hazırda həmin kənddə 4-5 ev sürüşməyə görə təhlükə qarşısında olsa da, ən böyük təhlükə bir evdədir. Bu barədə kənd icra nümayəndəsi və bələdiyyə sədrinə həmin ailənin müvəqqəti köçürülməsi üçün tapşırıq verilib, onlara qohumlarının evində qalmaq tövsiyə edilib. Həmin kəndin relyefi elədir ki, ani bir vəziyyətdə sürüşmə baş verə bilər və həmin ev uçqun altında qala bilər”.
Q.Paşayev sürüşmə müşahidə olunmuş kəndlərlə bağlı aidiyyəti qurumlara müraciət edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev Publika.az-a açıqlamasında bildirib ki, 2 ay əvvəl Gədəbəy rayonun kəndlərində baş verən sürüşmə sahələrinə baxış keçirilib. Toplanmış məlumatlar barədə aidiyyəti qurumlara məlumat verilib: “Lakin son günlər sürüşmə sahələrində aktivləşmə müşahidə olunması və evlərin təhlükədə olması barədə bizə məlumat gəlməyib. Hacılar kəndində evlərin təhlükədə olması ilə bağlı rayon icra hakimiyyəti və ya kənd sakinləri müraciət etməlidirlər. Bundan sonra, bizim əməkdaşlarımız ərazidə araşdırma aparıb, rəy veriləcək. Buna uyğun evlərin köçürülməsi və ya kompensasiya verilməsi mümkün ola bilər”
Gülxar
-
Elm və təhsil20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
-
Rəsmi xronika15:43İlham Əliyev sərəncam imzaladı
-
Hadisə14:30Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın görüntüləri - VİDEO
-
Magazin213:13Şvartsenegger 14 illik sevgilisini üzə çıxardı: Görün kimdir - FOTO
-
Region12:04Simonyanla Anelya rəsmi nikaha girdilər













.webp)

.jpg)


.jpg)



















