Hadisə
Telefona görə butulka parçası ilə ölümcül hala salındı
Cəlilabad rayonunun Maşlıq kəndində yerli sakinlər arasında düşən mübahisə 1 nəfərin ağır yaralanması ilə nəticələnib.
"Report"un Aran bürosunun məlumatına görə, mübahisə 25 yaşlı kənd sakini Raul Adıgözəlovla Muğan kənd sakini Əliqismət Dövlətov arasında olub.
Qarşı tərəfin sözlərini həzm etməyən Əliqismət əlindəki sınıq butulka parçası ilə Raulun bel nahiyəsinə bir neçə zərbə endirib. Zərbənin təsirindən yaralı hadisə yerində huşunu itirib. Daha sonra o, yaxınları tərəfindən Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.
Yaralının sözlərinə görə, söhbət telefon üstündə olub. O öz mobil telefonunu Əliqismətin telefonu ilə barter edib. Lakin səhəri gün telefon xarab olub, o da telefonu Əliqismətə qaytarmaq istəyib. Elə bu zaman mövcud qanlı hadisə baş verib.
Faktla bağlı polisə məlumat verilib. Hadisənin təfərrüatları araşdırılır.
-
Sosial19:12Fidan Mansurova yüksək vəzifəyə təyin edildi - FOTO
-
Rəsmi xronika18:48İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış etdi - YENİLƏNDİ
-
Ekologiya18:12Sabah leysan olacaq - XƏBƏRDARLIQ
-
Dünya16:4266 il əvvəl hesablayıblar: Dünyanın sonuna 1 ay qaldı?
-
Qoroskop14:46Bu 4 bürcün həyatında yeni dövr başlayır - Qarşıdakı 5 ayda hər şey dəyişəcək
-
Rəsmi xronika14:15İlham Əliyev Berdiməhəmmədovla görüşdü
-
Nida Xəbər 13:54Paşinyan saxlanılan əsgərdən danışdı: Bakı heç bir tələb irəli sürmür
-
Region13:15İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var - FOTOLAR / YENİLƏNDİ






































