Hadisə
Qubanın 8 kəndi ilə əlaqə kəsilib - FOTO
Qubanın dağlıq massivinə yağan güclü yağış rayondan Xınalıq kəndi istiqamətində gedən yolun bağlanmasına səbəb olub.
"Azəravtoyol" ASC-nin Quba rayon 6 saylı Yol İstismar İdarəsinin Xınalıq kəndi üzrə sahə rəisi Bilal Sultanovun "Report"un Şimal bürosuna verdiyi xəbərə görə, yolun 37-ci kilometrliyindən sonra maşınların hərəkəti mümkün deyil.
Onun sözlərinə görə, Xınalığa gedən həm yerli sakinlər, həm də turistlər geri qayıtmaq məcburiyyətində qalıblar. Sahə rəisi bildirib ki, yolun bağlanmasına suyun səviyyəsinin artması nəticəsində Qudyalçayın öz məcrasında çıxması səbəb olub. Yolun tamamilə su altında qalması nəticəsində Xınalıq ilə yanaşı daha 7 kəndlə nəqliyyat əlaqəsi kəsilib. Yağıntı, hələ də davam edir.

-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi
-
Ekologiya09:24Günəşdə nəhəng şüa aşkarlandı: Yer üçün təhlükə var?
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı
-
İdman07:30Mourinyonun “xaos” fəlsəfəsi: “Real Madrid”in uğurunun arxasında nə dayanır?
-
Magazin106:46"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı





































.jpg)
.jpg)