Hadisə
Balakəndə piyadanın ölümü ilə nəticələnən qəza
Balakəndə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Publika.az APA-ya istinadən xəbər verir ki, sentyabrın 3-dən 4-ə keçən gecə rayonun Qazma kənd sakini, 1986-cı il təvəllüdlü Elnar Xalahacı oğlu Xanlayev avtomobil vurması nəticəsində aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olub.
Həkimlərin səyinə baxmayaraq, 30 yaşlı Elnar Xanlayevin həyatını xilas etmək mümkün olmayıb. Elnar Xanlayev bu gün səhər saat 06 radələrində xəstəxanada keçinib.
Balakən rayon Polis Şöbəsindən bildirilib ki, rayonun Tülü kənd sakini 1964-cü il təvəllüdlü Elxan Yunus oğlu Yunusof idarə etdiyi “VAZ 21010” markalı 08 BD 673 dövlət nömrə nişanlı avtomobillə Qazma kəndi ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Elnar Xanlayevi vurub.
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı
-
İdman07:30Mourinyonun “xaos” fəlsəfəsi: “Real Madrid”in uğurunun arxasında nə dayanır?
-
Magazin106:46"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq



































.jpg)
.jpg)