Hadisə
Balakəndə əməliyyat: Həyətdə narkotik plantasiyası - FOTO
Balakən rayon sakininin yaşadığı evin həyətyanı sahəsində küllü miqdarda narkotik tərkibli bitki aşkarlanıb.
Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə,
RPŞ-nin axtarış-əməliyyat qrupunu əməkdaşları rayon ərazisində
narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli
bitkilərin əkib-becərməsi ilə məşğul olan şəxslərin tutularaq
istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış
tədbiri keçirib.
Daxil olmuş məlumat əsasında rayonun Qullar kənd
sakini, 1976-cı il təvəllüdlü Ruslan Abdulla oğlu Ağcayevin
yaşadığı evdə və evin həyətyanı sahəsində əməliyyat-axtarış tədbiri
keçirilib. Nəticədə evin həyətyanı sahəsinin meyvə-tərəvəz əkilən
hissəsindən kultivasiya üsulu ilə əkilib aqrotexniki qaydada qulluq
edilən, hündürlüyü 81 sm-dən 4 m-ə qədər olmaqla, ümumi sayı 154
ədəd olan 208 kq narkotik tərkibli bitki hesab edilən çətənə
kolları hal şahidlərinin iştirakı ilə ərazidən yığılaraq maddi
sübut kimi istintaqa təhvil verilib. Əməliyyatın davamı olaraq
həyətdəki digər yeni tikilən evin otağından isə iki salafan torbada
ümumi çəkisi 2 kq 637 qram olan narkotik vasitə hesab edilən
qurudulmuş marixuana götürülüb. R. Ağcayev tutularaq istintaqa
təhvil verilib.
Faktla bağlı Balakən RPŞ-də R. Ağcayev barəsində CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı
-
İdman07:30Mourinyonun “xaos” fəlsəfəsi: “Real Madrid”in uğurunun arxasında nə dayanır?
-
Magazin106:46"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq



































.jpg)
.jpg)