Rus rublunu çökdürən "sehrli əllər"
Bizi izləyin

Hesabat

Rus rublunu çökdürən "sehrli əllər"

Rus rublu dollar və avro qarşısında tarixi dəyər itkisini yaşayır

Yola saldığımız həftə bütün nəzərlər Ukraynadakı siyasi ixtişaşlar fonunda baş verən iqtisadi proseslərə kökləndi. Rusiya, Avropa Birliyi və ABŞ arasında sıxışıb qalan Ukraynanın fond birjalarında baş verənlər, eləcə də qrivnanın günü-gündən dəyərsizləşməsi tanış ssenariləri xatırlatdı. Əslində sözügedən böyük dövlətlərin arxasında “maliyyə sehrbazlarının” məqsədləri və mənfəətləri dayanır. Konkret olaraq söhbət dünyanı idarə edən 2 ailədən -Rothschildlərlə Rokfellerlərdən gedir. Bu gün hansı daşı qaldırsaq, altından çıxan yəhudi ailələri artıq Rusiya kimi nəhəngi belə təslim edib.

Rəsmi Kremlin adamı kimi tanınan Viktor Yanukoviçin ölkəni tərk etməsi, Yuliya Timoşenkonun azadlığa çıxması məhz bunu göstərir. Sadəcə, sual doğuran Avropanın qaz təchizatının, Ukraynanın milli valyutasının, maliyyə bazarlarının bundan sonrakı taleyidir. Çünki Rusiya vəd etidiyi 15 milyard dollar kredit razılaşmasının 2 milyard dollarını bu həftə ayıracağını bildirmişdi. Vəziyyətin qarşı tərəfinn maraqlarına uyğun dəyişdiyi halda çətin ki, Putin o qədər puldan keçə. Yaranmış vəziyyətdə Ukraynanın pul tapmaq üçün məhz maliyyə sehrbazlarının öz qurumu olan Beynəlxalq Valyuta Fondunun qapısını döyməkdən başqa çarəsi qalmır. Bunu da zaman göstərəcək.

Başlayaq elə Ukraynadan. Son məlumatlara əsasən, kredit dərəcələndirmə təşkilatı “Standart & Poor's” Ukraynanın CCC+ olan kredit dərəcəsini CCC-yə salıb. Bu da son 3 həftədə ikinci enmişdi. “Standart & Poor's” buna səbəb kimi ölkədəki siyasi vəziyyətin pisləşməsini göstərib. Mövcud siyasi gərginlik səbəbiylə Rusiyanın maliyyə köməyinin də dəqiqləşmədiyi qeyd edilib.

Ukraynada ABŞ və Avropa maraqlarının qalib gəlməsi Rusiya iqtisadiyyatını da sarsıdıb. Ölkənin milli pul vahidi kurs səbəti qarşısında rekord səviyyədə dəyər itirib. Neftin qiyməti artsa da Rusiya iqtisadi artım sərgiləyə bilmir. Rus rublu dollar və avro qarşısında tarixi dəyər itkisini yaşayır.

Analitiklər milli pul vahidindəki dəyər itkisinin davam edəcəyi fikirindədirlər. Onlar rublun gələcək həftələrdə daha da zəifləyəcəyini deyirlər. Çünki hərəkətlilik müsbət deyil. Ayrıca Rusiya Mərkəz Bankının addımları da aydın deyil. Belə ki, bank faizlərdə dəyişikliyə getməməklə bərabər pul siyasətini mohkəmləndirməyi düşünür.

Nəzərə çatdıraq ki, yanvar ayında Rusiyada sənaye istehsalı bir il əvvəllə müqayisədə 0,2 faiz azalıb.

İngiltərədən gələn xəbərlər də ürəkaçan deyil. İşsizlik nisbəti gözlənilməz şəkildə yüksəlib. Beynəlxalq Əmək Təşkilatının metodu ilə aparılan məşğulluq araşdırmasında işsizlik noyabr ayına qədərki üç aylıq müddətində yüksəlib. Əvvəlki üç aylıq qisimdə 7,1 olan işsizlik səviyyəsi 7,2 faizə yüksəlib.

İş dünyası

Zəngin turistlərin Avropa səyahətləri azaldığından lüks marka “Gucci” nin satışları gözlənilən nəticəni verməyib. Marka bir il əvvəlkindən təxminən 70 milyon dollar aşağı satış həyata keçirib. Beləcə, “Gucci”nin illik dəqiq gəliri 2,3 faiz nisbətində azalıb. Buna adekvat şirkətin səhmləri də 2,8 faiz dəyər itirib.

2008-ci ildə Avropada partlayan maliyyə böhranından sonra dövlətin köməyi ilə xilas edilən Şotlandiyanın Kraliyet Bankında yenidən təşkilatlanma başlayıb. Hissələrinin 81 faizi İngiltərə hökumətinin əlində olan Kraliyet Bankı təxminən 30 min nəfərin işinə son verəcəyini bildirib. Yeri gəlmişkən, 76 milyard dollar yardımla xilas edilən Skoç bankının sərmayə xidmətlərində kiçilməyə gedəcəyi yazılır.

Getdikcə məşhurluğunu artıran “Facebook” rəqiblərini yenə də geridə qoyub. Belə ki, yola saldığımız həftə “WhatsApp”ı satın alıb. Bunun üçün nə az nə çox 19 milyard dollar ödəyib. Onu da qeyd edək ki, “Google”nin “WhatsApp”ı satın alacağı daha çox gündəmdə idi. Lakin “Facebook” dedi-qodulara nöqtə qoydu. Razılaşmaya görə “Facebook” “ WhatsApp” üçün 4 milyard dollar nağd pul ödəyəcək. Geridə qalan 12 milyard dollar isə səhm şəklində ödənəcək. 3 milyard dollar dəyərində səhm isə “ WhatsApp” da işləyənlərə paylanacaq.

Deyirəm bu bazarların da nəbzini tutmaq olmur. Belə ki, məlum razılaşmanın açıqlanmasının ardından “Facebook” səhmlər birjada 3 faiz nisbətində dəyər itirib. Şirkətin dəyəri 170 milyard dollara düşüb.

Məlumat üçün bildirək ki, “WhatsApp”ın dünya daxilində təxminən 450 milyon istifadəçisi var. Bu istifadəçilər arasında hər gün ortalama 50 milyardın üzərində mesaj trafiki yaşanır. Digər cib telefonlarından göndərilən gündəlik mesaj isə ortalama 21 milyard ətrafındadır.

Dünyada elə bir şey yoxdu ki onun etiketindən “made in china” sözü çıxmasın. Fransanın ən böyük avtomobil istehsalçısı PSA “Peugeot-Citroen”in hissələrinin böyük hissəsini əlində tutan Peugeot ailəsi sərmayə artımına gedib. Belə ki, fransızlar Çinin “Dongfeng” şirkəti ilə ortaq olmağa qərar verib. İdarə heyətində əldə olunan razılaşmaya görə, Peugeot ailəsinin şirkət üzərindəki ağırlığı sona çatır.

Razılaşmanın reallaşması nəticəsində “Peugeot-Citroen” 3 milyard avro sərmayə artımına gedəcək. Çinin “Dongfeng” şirkətinin, eləcə də Fransa hökümətinin ortaq olacağı şirkətdə “Peugeot” ailəsi 14 faizlik hissəyə sahib olacaq.

Gəldik çatdıq bol-bəhrəli ölkəmizə.

Yola saldığımız həftə diqqətlər ancaq Dövlət Neft Şirkətinin imzaladığı müqavilələrə, qərarlara kökləndi.

Bakı-Novorossiysk boru kəməri vasitəsilə neft nəqlinin bərpa edilməsi üzrə uzunmüddətli danışıqlardan sonra ARDNŞ ilə Rusiyanın “Transneft” şirkəti arasında qarşılıqlı faydalı kommersiya şərtləri əsasında yeni müqavilə imzalandı.

ARDNŞ-dan verilən məlumata görə, Rusiya ərazisi vasitəsilə neftin nəqlinin bərpası Azərbaycan neftinin dünya bazarlarına ixrac marşrutlarının daha da şaxələndirilməsinə imkan verəcək. Xatırladaq ki, ARDNŞ-la “Transneft” şirkəti arasında “şimal” boru kəmərinin istifadəsinə dair 18 yanvar 1996-cı ildə imzalanmış hökumətlərarası Saziş 14 fevralda qüvvədən düşmüşdü. Bununla əlaqədar olaraq 15 fevral tarixdən SOCAR əvvəllər Rusiya üzərindən ixrac edilən öz neftini Bakı-Tiflis-Ceyhan boru kəmərinə vurmağa başlamışdı.

Bu arada müqavilənin ardınca Rusiya Azərbaycan neftinin tranzit qiymətini təklif etdi. Rusiyanın Tariflər üzrə Federal Xidməti Bakı-Novorossiyk kəməri ilə nəql olunan neftin bir tonuna görə 453,95 rubl (təxminən 13 ABŞ dolları və ya 10 Azərbaycan manatı) tarif təyin edilməsini irəli sürüb. Yeni tarif müqaviləyə əsasən qüvvəyə minə bilər.

Azərbaycan və Rusiya arasında bağlanılmış dövlətlərarası sazişə əsasən, Rusiyanın “Transneft” şirkəti ildə 5 mln. ton Azərbaycan neftini ölkəsinə idxal etməli idi. Ancaq faktiki olaraq ARDNŞ-in Rusiyaya ixrac etdiyi xam neftin illik həcmi 2 mln. tondan artıq olmadı. Ötən il isə Bakı-Novorossiysk kəməri ilə ümumilikdə 1,7 mln. ton Azərbaycan neft Rusiyaya nəql olunub. Bundan öncə Rusiya şirkəti bəyan edib ki, Bakı-Novorossiysk kəməri ilə nəql olunacaq neftin illik həcmi 1,5 mln. ton olduqda onun tarifləri bir tona görə 720 rubl, 1,8 mln. ton olduqda 700 rubl, 5 mln. ton olduqda isə hər tona görə 400 rubl təşkil edə bilər. Bundan əvvəl neftin nəqlinə dair bağlanılmış dövlətlərarası müqaviləyə görə nəql olunan neftin 1 tonu 16 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2007-ci ilin oktyabrından indiyə qədər ARDNŞ neftin 1 tonunu daşımaq üçün Rusiyanın “Transneft” şirkətinə $15,67 tranzit tarifi ödəyir.

Ölkə iqtisadiyyatı ilə bağlı diqqəti çəkən məqam ticarət və sənayedə biznes inam indeksinin azalmasına dair rəqəmlər oldu. Mərkəzi Bankın məlumatına inansaq, 2013-cü ildə istehsal sahəsində biznes inam indeksi 11,4% (il ərzində 2,6% artım), ticarətdə 7% (azalma 0,1%) olub. Sənayedə də (hasilat da daxil) azalma olub - 0,09%.

Bax belə… Gərgin həftənin yorğunluğunu ancaq bu yağışlı havada dənizkənarı gəzinti çıxara bilər. Çətirinizi götürün və dənizə üz tutun. Çünki müvəqqəti olmayan sadəcə odur, həmişə yerindədir…

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm