İdman
Yakub Jezniçak vətənində "Qarabağ"dan danışdı - FOTOLAR
Premyer Liqada “Sumqayıt”la oyundan sonra çempionluğunu vaxtından əvvəl rəsmiləşdirən “Qarabağ”ın futbolçularından bəziləri mövsüm bitməmiş istirahətə çəkilib.
Publika.az xəbər verir ki, çempionun polşalı mərkəz müdafiəçisi Yakub Jezniçak artıq vətəninə yollanıb.
Ölkəsinin “Przeglad Sportowy” nəşrinə müsahibə verən 32 yaşlı futbolçu Ağdam klubu ilə bağlı tarixi biliklərini və təcrübələrini bölüşüb. O bildirib ki, “Qarabağ” vaxtından əvvəl çempion olub və ən yaxın rəqibini 17 xal üstələyib:
“Qarabağ” Ağdamı təmsil edir. Hazırda orada hərbi vəziyyət mövcud olduğu üçün komanda Bakıda məskunlaşıb və ev oyunlarını burada keçirir. Paytaxtda elə də çox azarkeşimiz yoxdur. Çempion olmaq borcumuz idi və bu, artıq adi hal kimi qəbul olunur. Çempionluğumuzu səfər matçında çətin mübarizədə rəsmiləşdirdik. Bu sevinci heç nə ilə müqayisə etmək olmaz. Bu, yeni bir mədəniyyət və təcrübədir”.
Təcrübəli futbolçu bildirib ki, mövsüm onun üçün uğursuz keçib:
“7 dəfə zədə aldım. Burun və barmağımdan əməliyyat olundum. Dabanımın müalicəsi davam edir. Buna görə də məşqçimiz Qurban Qurbanovdan icazə alıb istirahətə çəkildim”.
Qeyd edək ki, Yakub Jezniçak ötən yay “Qarabağ”a keçməzdən öncə 12 il ölkəsinin “Legiya” klubunda oynayıb.
Jezniçak Bakıya və onun insanlarına olan heyranlığını heç zaman gizlətmir. O, instaqram hesabından paylaşdığı fotolarla bu sevgisini dəfələrlə ifadə edib.
Zümrüd
-
Ekologiya12:5339 dərəcə isti - SABAHIN HAVASI
-
Sosial12:04Bakı metrosunda böyük dəyişiklik: Ayın 15-dən...
-
Dünya11:34ABŞ-ın bu ölkədəki gizli rolu üzə çıxdı: Müharibəyə belə hazırlaşırlar
-
Nida Xəbər 10:58Bu şəxslərə gələn aydan kompensasiya ödəniləcək
-
Kriminal10:46Rusiyada gəmini talan etdi, 20 il axtardılar - Azərbaycanda gizlənibmiş
-
Dünya10:22İsrail təşvişdə: Türkiyə və Qətərin HƏMAS-la bağlı planının detalları bəlli oldu
-
Nida Xəbər 10:01Əli Əsədov yeni qərar imzaladı
-
MDB09:13Moskvaya PUA hücumu: Anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var








.png)




















.jpg)
.jpg)





