KDÇ: “Real” finalda
Bizi izləyin

İdman

KDÇ: “Real” finalda

Birləşmiş Ərəb Əmirliklərində keçirilən klublararası dünya çempionatın ikinci finalçısıməlum olub.

Publika.az xəbər verir ki, Çempionlar Liqasının son qalibi “Real” Asiya çempionu “Kasima Antlers” ilə qarşılaşıb. Görüş "Kral klubu"nun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Madrid təmsilçisinin heyətində hər üç qolu Qaret Beyl vurub. Yaponiya təmsilçisinin heyətində isə yeganə qolu Şoma Doi vurub.

Beləliklə, finalda "Real" və BƏƏ-nin “Əl-Əyn” komandası qarşılaşacaq. Final və üçüncü yer uğrunda oyunlar dekabrın 22-də təşkil olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm